Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (6-01-2015, 15:15)
2015-ci ilin Qarabağ ümidləri - Nəyə nə qədər ümid etmək olar?

"Erməni əsgərlərinin şəhid olmasının günahını Moskvada axtarmaq lazımdır"

 

Üzeyir Cəfərli: "Rusiya Ukraynadan diqqəti yayındırmaq məqsədi ilə Dağlıq Qarabağda gərginliyin artmasına maraqdlıdır"
Son zamanlar, xüsusəndə rus diversiyaları nəticəsində Donbasda ağır döyüşlərin getdiyi bir şəraitdə, Qarabağda orduların təmas xəttində gərginlik hiss olunur və atəşkəs daha intensiv şəkildə pozulur. Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə Qarabağda atəşkəsin intensiv şəkildə pozulmasının arzasında rus diversiyasının olmasını istisna etmək olmaz. 
Mediatv.AZ-a bu barədə danışan hərbi ekspert hesab edir ki, Rusiya istədiyi zaman öz vassalı olan Ermənistana Azərbaycan torpaqlarından çıxmağı əmr edə bilər:
"Qarabağda  baş  verən  bütün  hadisələrin  başında  Rusiya  dayanır. Biz  özümüzdən  nəyisə  icad  edib, nəyəsə  qəribə  yanaşmamalıyıq. Biz  bilirik  ki, Ermənistanın  Azərbaycanla  təkbaşına  mübarizə  aparması  qeyri  mümkündür,  çünki  Ermənistanın iqtisadi və insan resursları Azərbaycanla müharibə aprarmaq üçün yetərli deyil. Ümumilikdə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın arxasında Rusiya  dayanır. Bu birmənalıdır.
Ona görə də son 6 ay ərzində Qarabağda  olan  gərginliyin artmasında Rusiyanın  birbaşa əlaqəsi olduğunu düşünürəm. Bu həmişə belə olub, bundan sonra da beləolacaq.  Mən  hər  zaman  demişəm  ki, Qarabağ  konfiliktinin  memarı, icra  edicisi  Rusiyadır  və  kim  istəyir  bunun  əksini  sübüt  etməyə  buyursun, öz  arqumentlərini  ortaya  qoysun. İqtisadi  vəziyyəti  Azərbaycandan  qat-qat  zəif  olan  Ermənistan  hansı  pulla  və  yaxud  da  hansı  gücün  hesabına  hər  ay  hərbi  təlimlər  keçirir, hərbi  qüdrətini  artırmağa  çalışır? Əlbəttdəki   Rusiyanın  birbaşa dəstəyi,  Rusiyanın  ona  olan  köməyi  sayəsində.
Son günlərdə intensiv  atışmaları  da  mən  birbaşa  Rusiya  ilə  əlaqələndirirəm  çünki, regionda  gərginliyin  saxlanılmasında  birbaşa maraqlı  olan Rusiyadır. Rusiya Ukraynadan diqqəti yayındırmaq məqsədi ilə Dağlıq Qarabağda gərginliyin artmasına maraqdlıdır.  Baxmayaraq  ki, Rusiya  ATƏT-in  Minsk  qrupunun  həmsədrlərindən biridir, hər  zaman  özünü  qeyri- səmimi  aparıb və aparmaqdadır. Çox təəssüf ki, ABŞ-da  Rusiyaya  qoşulub. Təsəvvür  edin  ki,  dünən  amerikalı həmsədr  Ceyms  Uorlik  öz  twitter  səhvəsində  həm  Yeni  il həm də  Dağlıq  Qarabağla  bağlı  yazır  ki, 2015-ci  il  Qarabağda  sülh  ili  və  davamlı  nizamlanma  ili  olacağına ümid edir. Bu  fikirdən  də  belə nəticəyə  gələ  bilərik  ki, ABŞ-da Rusiya kimi  hələ  bir  neçə  mənasız  danışıqlar  və  işğalçının  nazıynan  oynamaqla vaxt uzadırlar. Bu vəziyyət artıq 20 ildir davam edir. Nə qədər ümid etmək olar? Yəni  işğalçını  işğalçılıq  siyasətindən  çəkindirmək  əvəzinə, sadəcə  olaraq  hansısa  mənasız  monitorinqlər həyata keçirilər, mənasız  görüşləri  təşkil edirlər.  Bu vəziyyət nə qədər davam etməlidir?
Mən  hesab  edirəm  ki, son  vaxtlar Dağlıq  Qarabağla  bağlı Azərbaycan prezidentinin  və  müdafiə nazirinin səsləndirdiyi bəyanatlar  çox düzgüngür.  Artıq biz  ona  daha  çox  köklənməliyik ki, torpaqlarımızı nəyin bahasına olursa olsun işğaldan azad edək. Dövlət və mətbuat Azərbaycan  xalqına bu mesajı ötürməlidir. 
Ancaq bu  yolla biz yalnız və yalnız  müharibə  yoluyla  öz  ərazi  bütövlüyümüzü  bərpa edə biləcəyik. Çünki  20  ildən  artıqdır  biz ATƏT-in, BMT-nın, digər beynəlxalq təşkilatların köməyinə ümid etmişik. Amma ortada olan nəticə sıfırdır, hələ  bəlkə  ondan  aşağı  da  nəticə  qoyublar. Buna  görə  cəbhə  bölgəsində  yaşanan  gərginliklərin, erməni  əsgərlərinin  şəhid  olmasının  günahını  Moskvada  axtarmaq  lazımdır. Çünki  Moskva  istəsə  bir  həfdə  içində, öz  vassalı  olan  Ermənistana  lazım olan  göstərişlərini  verər  və  Qarabağ  məsələsi  tənzimlənməyə  başlayar, qısa  müddətdə  də  münaqişə öz  həllini  tapar".
2015-ci ildə Dağlıq Qarabağda müharibənin başlanma ehtimalını dəyərləndirən hərbi ekspertin fikrincə geniş miqyaslı müharibənin başlanmasına inanmadığını bimldirib:
"Mən obyektiv və subyektiv səbəblərə görə bu il geniş miqyaslı hərbi  əməliyyatların başlanmasını istisna  edirəm. Çünki, bu  il  Azərbaycanda  Avropa  Olimpiya  oyunları  keçirələcək,  bunun  fonunda  düşünmürəm  ki , Azərbaycan  dünyanın  qınağına  gələcək hansısa addım atsın. Amma  radikal  xarakterli 3-5  gün davam edəcək döyüş  əməliyyatlarını  da  istisna  etmirəm. 
Düşmənə  yerini  göstərmək  üçün   bu  gün  Azərbaycanın  həm  imkanı, kifayət  qədər  gücü  də  var. Düşünürəm  ki, bu  imkanları  istisna  etmək də olmaz.  Çünki artıq  başqa  yol  da yoxdur.  Biz  danışıqlara  ümid  etdikcə, məsələ  bir  azda  uzanır  və  erməni  tərəf bir  az da  azğınlaşır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024