Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-12-2014, 14:14)
Azərbaycanda 2-3 aya referendum keçiriləcək?


İqtidar “açılıma”mı qərar verdi?; Məlumata görə, böyük ehtimalla fevral-mart aylarında proporsional seçki sisteminin bərpası ilə bağlı ümumxalq səsverməsi keçiriləcək; iqtidarın əvvəlki seçki sisteminə qayıtmasını şərtləndirən səbəblər var; gözlənilir ki, referendumda Konstitusiya çox mühüm əlavə və dəyişikliklər də səsverməyə çıxarılsın 

 

 
“Hakimiyyət böyük ehtimalla fevral ayının sonu, martın əvvəllərində ölkədə referendum keçirəcək”. 
Bu sensasion xəbəri “Yeni Müsavat”a iqtidar daxilindəki bilgili mənbə verib. Mənbə bildirib ki, iqtidarda referendumla bağlı müəyyən hazırlıqlara artıq başlayıb. “Referendumda proporsional seçki sisteminin bərpası ümumxalq səsverməsinə çıxarılacaq. Gözlənilir ki, referendumda konstitusiyaya bəzi çox mühüm əlavə və dəyişikliklər də səsverməyə   çıxarılsın”.
Bu xəbəri son bələdiyyə seçkilərində komissiya üzvü olan bir mənbəmiz də qismən təsdiqləyib. O deyib ki, 23 dekabr səsverməsi bitdikdən sonra məntəqə sədri “hazırlaşın, 2 ay, 2 ay yarım sonra da deputatlıqla bağlı referendum olacaq” deyə, xəbərdarlıq edib. Amma referendumun konkret müddəası ilə bağlı hər hansı dəqiqləşmə etməyib. Cəmi bir neçə saat fərqi ilə iki mənbənin referendum olacağı ilə bağlı dedikləri bu xəbəri ciddiyə almaq və ictimailəşdirmək üçün əsas verir.  Xatırladaq ki, 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə-majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçirilib. 
***
Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verən beynəlxalq aləmin, əsasən də ABŞ-ın timsalında Qərbin bu seçkilərdən bir çox gözləntiləri və hakimiyyətdən konkret tələbləri olması barədə ötən saylarımızda məlumat vermişdik. Bir daha qeyd edək ki, Qərb Azərbaycan parlamentində müxalifətin təmsil olunmamasından və ölkənin ali qanunvericilik orqanında hakim partiyanın monopoliyasından narahatdır. Bu istiqamətdə isə ilk addımlardan biri 2002-ci il referendumunda ləğv edilən proporsional seçki sisteminin bərpası olmalıdır. Çünki bütün dünyada siyasi partiyaların inkişafına stimul verən amillərdən biri də proporsional seçki sistemidir. Proporsional seçki sisteminin siyasi partiyalara münasibətin kökündən dəyişilməsində, eyni zamanda siyasi institutların formalaşdırılmasında və inkişaf etdirilməsində çox böyük önəmi var.
 
Müxalifət də neçə illərdir ki, proporsional seçki sisteminin bərpasını tələb edir. Maraqlıdır ki, hətta hakimiyyətyönlü partiyalarda da proporsional sisteminin bərpasını istəyənlər mövcuddur. Onlar indiyə qədər dəfələrlə bu istiqamətdə mövqelərini ortaya qoyublar. Məsələn, YAP Siyasi Şurasının üzvləri, keçmiş deputat Əli Əlirzayev, deputat Eldar İbrahimov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ötən illər ərzində həm müsahibələrində, həm də parlamentdə bu mövzu ilə bağlı fikirlərini səsləndiriblər. YAP rəsmiləri də proporsional seçki sisteminin gələcəkdə bərpasının mümkünlüyünü bildiriblər. 
Aydındır ki, proporsional sistemin bərpası məmur-oliqarxların maraqlarına uyğun deyil və illərdir ki, iqtidara daxildən də bu məsələdə müqavimət var. Məmur-oliqarxlar öz maraqlarını müdafiə etmək, daha güclü görünmək üçün parlamentə özlərinə yaxın adamları, qohum-qardaşlarını yerləşdirirlər. İndiki parlamentin tərkibi də bu faktı təsdiqləyir. Amma hakimiyyətə indi daha ciddi təzyiqlər Qərbdəndir və bunları önləmək üçün barəsində çoxdan danışılan “açılımın” zamanıdır. Beynəlxalq şərtlər də indilikdə hakimiyyətin lehinə deyil. Neftin qiymətinin düşməsi, qonşu Rusiyada iqtisadi tənəzzülün başlaması, Azərbaycan hakimiyyətinin Qərb təsisatları, eləcə də Avropa Birliyi, Avropa Şurası və ABŞ-la münasibətlərinin gərginləşməsi iqtidarı 2015-ci ildə daha korrekt davranmağa vadar edir. 
Dekabrın 13-də Prezident Administrasiyası rəsmisinin müxalifətin iki əsas partiyasının iştirakı olmasa da, siyasi partiyalarla təmas qurması və hətta bu görüş barədə prezidentə məruzə ediləcəyi barədə söylədikləri iqtidarın yaxın vaxtlarda daxili münasibətlərdəki gərginliyi azaltmaq üçün pozitiv addımlara gedəcəyinin anonsudur. Yeri gəlmişkən, ölkənin ən bilgili ekspertlərindən olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bir müddət əvvəl “Yeni Müsavat”a hakimiyyətin bəzi ciddi dəyişikliklərə qərar verdiyi barədə danışmışdı. M. Əliyevin dediklərini xatırladaq:  “Azərbaycan fərqli bir mərhələyə qədəm qoymaqdadır.  Bu mərhələnin adına ”idarə olunan demokratiya" demək olar. Hakimiyyət ASAN xidmət kimi, daha bir neçə bu cür layihə tətbiq edə bilər... Məsələn, gələn ilə Elektron Məhkəmələr layihəsinin tətbiqinə başlanacaq. Azərbaycan məhkəmə sistemindəki durumu nəzərə alsaq, bu, inqilabi qərar olacaq. 
Bu gün Azərbaycan məhkəmələrində çəkiliş aparmaq mümkün deyil. Ancaq məhkəmə proseslərinin tam şəkildə lentə alınması, internetdə yayılması, məhkəmənin şəffaflığının bu şəkildə təmin olunması Elektron Məhkəmənin tələbidir. Dövlət başçısı İlham Əliyev buna artıq imza atıb, hökumətə layihənin icrası üçün gərəkli tədbirlərin görülməsi haqqında tapşırıq verib. Bir vaxtlar məhkəmələri onlarla QHT monitorinq eləyirdi, indi bu prosesi hakimiyyət özü həyata keçirəcək. Birdən-birə mənzərə tamamilə yeni xarakter alır. Bu cür layihələr Azərbaycanda gündəmi tamamilə dəyişə bilər. Hakimiyyət buna gedir və getməyə məcburdur. Hakimiyyət dərk edir ki, bu addımları atmaq qaçılmazdır. Ancaq istəmir ki, bu, basqı altında olsun. Prezident İlham Əliyev hakimiyyətdə və tarixdə böyük reformator kimi qalmaq istəyir. O,  praqmatikdir və situasiya ilə hesablaşır".
***
Seçki günü ilə bağlı son qərar verilməsə də, səsvermə gününün məhz noyabrın 1-də olması Azərbaycan Konstitusiyasının tələbidir. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisə seçkilər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2015-ci ildə noyabr ayının ilk bazar günü isə noyabrın 1-nə təsadüf edir. Xatırladaq ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə keçiriləcək beşinci  parlament seçkisi olacaq. 
Dünən bu mövzuda nə Prezident Administrasiyasından, nə də MSK-dan şərh almaq mümkün olmadı. Mövzuya qayıdacağıq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024