Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-11-2014, 17:25)
Pənah Hüseyn bələdiyyə seçkiləri ətrafındakı vəziyyəti hoqqabazlıq adlandırdı

Bələdiyyə seçkilərinə artıq 21 min nəfərin namizədliyi qeydə alınıb

 

 Bunu Mediatv.az-a Mərkəzi Seçki Komissiyasının Media və İctimai Əlaqələr şöbəsinin müdiri Şahin Əsədli  deyib: 
 “Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqlərinin paylanılması dekabrın 16-a qədər yekunlaşacaq”.
Şahin Əsədlinin sözlərinə görə, indiyədək 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi artıq qeydə alınıb.
Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.
Bəs görəsən, qeydiyyata alınan namizədlər arasında ölkədəki müxalif siyasi partiyaların da üzvləri varmı? Onlar qeydə alınması prosesində hansısa çətinliklərlə üzləşirlərmi? 
“Yeni Müsavat”ın suallarını cavablandıran AXP sədri Pənah Hüseyn bildirdi ki, ölkədə seçkilərlə bağlı ümumi vəziyyət və o cümlədən bələdiyyə seçkilərinə münasibət elədir ki, bu seçkilərdə iştirak faktiki olaraq mənasız hesab olunur və protest olunur: “Bəzi müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak üçün üzvlərinə sərbəstlik verməsi haqqında qərarları əslində passiv boykot anlamına gəlir. Açığı təkliflər var idi ki, ümumiyyətlə siyasi partiyalar yığışıb bələdiyyə seçkilərini boykot etmək haqqında siyasi qərar versinlər. Doğrusu, yerlərdə bələdiyyə seçkisinə getmək istəyən də demək olar ki, yoxdur.  Sonra daha mötədil mövqe üstünlük qazandı. Lakin bu il müxalifət partiyalarına mənsubluğunu göstərən, hətta iqtidarı loyal yanaşdığı qüvvə kimi qəbul edilən partiya üzvlərinin də ətrafında nə isə qəribə, bir qədər də komik  situasiya yaranıb. Bayaq da qeyd etdim boykot məsələsini, həmin mövqenin  tərəfdarlarının əsas arqumenti o idi ki, müxalifət adından namizədlərin seçkilərdə iştirakı iqtidara imkan verəcək ki, bunu ölkədə demokratiyanın, çoxpartiyalılığın mövcudluğu və işləməsi kimi qələmə versinlər. Bir növ bu seçkiləri legitimləşdirib, onun saxta imitasiya xarakterini ört-basdır etsinlər. İndi isə məlum olur ki, bu narahatlığın heç bir əsası yoxdur. Hakimiyyət ölkədə ümumiyyətlə müxalif siyasi partiyaların, müxalifətçilərin olmadığını bəyan etməyə hazırlaşır. Ona görə də, öz təşəbbüsü ilə ərizə yazıb seçkiyə girmək istəyən və bu zaman partiya mənsubiyyətini də göstərən şəxsləri müxtəlif yollarla nəinki qeydə almaq, heç onlara imza vərəqələri belə verməmək üçün min cür hoqqabazlığa əl atırlar. Şantaj edirlər, qohum-əqrəbanı, molla-seyidləri minnətə göndərirlər, hədələyirlər, xahiş edirlər və sair ki, heç hansısa partiya üzvünün mövcudluğu bilinməsin. Qeyri-rəsmi şəkildə deyirlər ki, yerlərdə icra hakimiyyətləri hesabat veriblər ki, onların ərazisində xoşagəlməyən partiyalardan bir müxalifətçi üzvü də artıq çoxdan yoxdur. İndi kimsə imza vərəqi almaq üçün müraciət edirsə, bu hesabatın dürüstlüyünə xələl gələ bilər. Bəziləri də “yuxarıya” işarə edirlər. Yəni, belə məlum olur ki, vəziyyəti ört-basdır etmək, demokratiya görüntüsü yaratmaq, situasiyanı pərdələmək heç iqtidarı narahat edən məsələ deyilmiş. Bizdən bəzilərinin narahatlığına da ehtiyac yox imiş. İndi biz aydınlaşdırırıq ki, bu yerli məmurların təşəbbüsüdür, yoxsa, Prezident Administrasiyasının “ustanovkası”dır. Sabah Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların bu barədə bəyanatı da gözlənilir. Əgər belə məsələ barədə mərkəzdən tapşırıq verildiyi barədə deyilənlər doğrudursa, bu siyasi partiyalara qarşı ən yaxın dövrdə təzyiqlərin anonsu kimi də dəyərləndirilə bilər. Bəlkə də xeyir bundadır, illüziyalardan əl çəkib,  real vəziyyətə  uyğun real mübarizə, siyasi fəaliyyət metod və formalarına keçməyin vaxtı çatıb”.
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024