Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-11-2014, 21:24)
Tərtərdə elektrik enerjisi problemi yaranıb - FOTO

 

Son zamanlar respublika ərazisində anomal hava şəraitinin hökm sürməsi, şaxtalı hava regionlarda, xüsusilə də qazlaşdırılmayan kəndlərdə ciddi problemər yaratmaqdadır. Belə yaşayış massivlərindən biri də Tərtər rayonudur. Erkən qışın qəfil gəlişi adıçəkilən rayonunun əksər kəndlərindəki yerli sakinlərin qayğılarını daha da artırıb. Rayonun bəzi kəndlərində yaşayan sakinlər «Həftə içi»nə bildirirlər ki, yaşadıqları məkanlarda təbii qaz yoxdur. Sakinlər vurğulayırlar ki, 2013-cü ilin sonunadək Tərtərin bəzi kəndlərinin təbii qazla təchiz ediləcyi gözlənilsə də, qaz çəkilişi başa çatdırılmadı. 2013-cü ildə 7123 əhali, 100 qeyri - əhali abonentə xidmət göstərilib. Rayonun Qaraağacı, Qaradağlı, Qapanlı, Səhləbad, Əskipara və Düyərli kəndlərində 49 min 862 paqonometr uzunluğunda küçə xətləri çəkilib, 1379 abonent təbii qazla təmin olunub. Bala Kəngərli, Cəmilli, Dəmirçilər, Təzəkənd, Seydimli, İsmayılbəyli, Evoğlu və Poladlı kəndləri istiqamətində müxtəlif diametrli daşıyıcı və kiçik diametrli təbii qaz xətləri çəkilişinə başlanılsa da, sonradan tikinti işləri müvəqqəti olaraq dayandırılıb. Son məlumatlara görə, rayonun 18 kəndinə və Tərtər şəhərinə təbii qaz xətti çəkilib istifadəyə verilib. Lakin 32 yaşayış məntəqəsinə təbii qazın çəkilişi ilə bağlı problem hələ də çözülməyib. Onların dediyinə görə, keçmiş SSRİ dövründə yerli sakinlər «mavi yanacağ»a olan tələbatını ödəmək üçün həm «mavi yanacaq» dan, həm də daş-kömürdən istifadə etsələr də, Sovet İttifaqı dağıldıqdan sonra qazlaşdırılmayan və ya təbii qazın verilişi bərpa edilməyən kəndlərdə yalnız odun yandırılır. Ancaq 7-8 kötükdən ibarət bir cərgə odunun qiyməti 60-80 manat olduğundan və onlar bir evin yanacağa olan bir həftəlik tələbatını ödədiyindən yerli sakinlər çox ciddi problemlərlə üzləşiblər. Çünki bir ay ərzində ən azı 240 manat pulun təkcə oduna verilməsi hər kəsin imkanı daxilində deyil. Ona görə qazlaşdırılmayan kəndlərdə yerli sakinlər özlərinin istiliyə və yanacağa olan tələbatını yalnız elektrik enerjisi vasitəsilə ödəməyə çalışırlar. Lakin payız-qış mövsümü girəndən üzübəri Tərtər rayonundakı yerli əhalinin elektrik enerjisi ilə təchizatında ciddi problemlər yaranmağa başlayıb. Yerli sakinlər qeyd edirlər ki, adıçəkilən rayonun əksər kəndlərindəki transformatorlar ciddi mühafizə olunmur. Həmin yaşayış məntəqələrindəki bəzi transformatorarın mühafizə qapaqları yoxdur, elektrik xətləri hörümçək toru kimi bir-birlərinə dolaşır, işıq dirəklərindən və elektrik dayaqlarından bəziləri, eləcə də elektrik naqillərindən bir neçəsi yararsız hala düşüb. Dirəklərdəki işıqlandırılma sistemləri tamamilə dağıdılıb. Məlum problemlər üzündən də rayonun elektrik sistemində tez-tez texniki problemlər yaranır, elektrik enerjisi evlərə 220 voltdan aşağı gərginliklə verilir. Sakinlər əlavə edirlər ki, uzun illərdir həm adıçəkilən yaşayış məntəqəsinin, həm də digər kəndlərin elektrik sistemində yeniləşdirilmə aparılmır. Köhnə işıq dirəkləri, dayaqlar və elektrik xətləri dəyişdirilmir. Transformatorların iş prinsipinə nəzarət yoxdur. Ona görə də müəyyən problemlərlə üzləşmək məcburiyyətində qalırlar.

«Mingəçevir» Regional Elektrik şəbəkəsinin balans mənsubiyyətinə daxil olan «Tərtər Elektrik Şəbəkəsi»ndən bildirilir ki, kəndlərdə müəyyən problemlər olsa da, onların həlli üçün uzun zamandır işlər görülür. Adıçəkilən enerji təsərrüfatının texniki göstəricilərin yaxşılaşdırılması üçün bu şəbəkə üzrə «Tərtər» yarımstansiyasnda və onun yardımçı avadanlıqlarında əsaslı və cari təmir işləri yerinə yetirilib. Təmir-bərpa işlərinə yarımstansiyalardan çıxan hava elektrik verilişi xətləri üzrə naqillərin dəyişdirilməsi, dayaqların yeniləri ilə əvəz edilməsini göstərmək olar. Görülmüş işlər nəticəsində istehlakçılar daha dayanıqlı elektrik enerjisi ilə təmin ediliblər. Dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir. Elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə paylayıcı şəbəkələrdə və transformator məntəqələrində (TM) əsaslı və cari təmir işləri aparılıb. Yerinə yetirilən təmir-bərpa işləri Tərtər rayon və kəndlərində olan istehlakçıların bu qışda da qüsursuz və fasiləsiz elektrik enerji ilə təminatına imkan yaradacaq.

Şəbəkədən deyilib ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsət dinamika müşahidə edilib. Belə ki, bu ilin 10 ayı ərzində müəssisə üzrə ümumilikdə 98,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,5 milyon kilovatsaatdan çox artıb, ödənişdə isə mütləq artım 3 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 milyon kilovatsaata yaxın artaraq 22,6 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 4 faizə yaxındır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artır. Lakin bütün bunlara baxmayaraq, kəndlərdəki problemlərin həlli üçün xeyli vəsait, texniki avadanlıq və işlərin icrası üçün uzun müddət tələb olunur. Ona görə də mərhələli şəkildə həyata keçirilən tədbirlər nəticəsində yerli sakinlərin narahatlığına son qoyulacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən isə bildirilib ki, təkcə Tərtər rayonunda deyil, digər bəzi rayonlarda da qazlaşdırılma işləri davam edir. Qazlaşdırılma ilə bağlı köhnə dövlət proqramı 2009-2013-cü illəri əhatə edib. Həmin proqram əsasında yaşayış massivlərinin müəyyən hissəsi qazlaşdırılıb. Yeni qazlaşdırma proqramı isə 2014-2018-ci illəri əhatə edir. Belə ki, 2018-ci ilə qədər Azərbaycanın bütün regionlarının qazlaşdırılması başa çatdırılacaq. 2018-ci ilədək Tərtər rayonundakı kəndlərin də «mavi yanacaq»la bağlı problemləri çözüləcək.

Təbriz Vəfalı, 
fotolar müəllifindir

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024