Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-11-2014, 23:34)
Enerji oğrularına qarşı mübarizə gücləndirilib

Son zamanlar respublikanın ayrı-ayrı bölgələrində elektrik sayğaclarına kənar müdaxilələr və elektrik xətlərinə qeyri-qanuni qoşulmalar ucbatından elektrik enerjisindən qanunsuz istifadə halları artmaqdadır. Xususilə də payız-qış mövsümü girəndən üzübəri sözügedən neqativ hallar çoxalmaqdadır.

Cəlilabad Elektrik Şəbəkəsindən «Həftə içi»nə bildirilib ki, adıçəkilən şəbəkənin xidməti ərazisində yeni fərdi mənzillərə yeni sayğaclar qoyulub, qüsurlu sayğaclar isə dəyişdirilib. Naqillərin qabariti bərpa edilib. Şəbəkənin balansında olan transformatorlar əsaslı və cari təmirdən çıxarılıb. Lakin görülən işlərə baxmayaraq, şəbəkənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı bir sıra qanun pozuntuları üzə çıxarılıb. Belə ki, təkcə bu ilin 9 ayı ərzində keçirilən reydlər zamanı 640-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 1 milyon 957,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 117,5 min manata yaxın istehlak dəyəri bərpa olunub. Həyata keçirilən tədbirlər nəticəsində həmin məbləğin 96 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

«Bağlar Elektrik Şəbəkəsi»ndən isə bildirilib ki, bu qurumun xidməti ərazisində keçirilmiş reydlər zamanı aşkar edilmiş 515 qayda pozuntusuna görə 1 milyon 413,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 84,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. Bu məbləğin də 74 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Təbriz

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024