Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-03-2022, 12:22)
Zurabişvili Ukrayna nümayəndəsini məqsədli şəkildə parlamentə gətirib - Ekspert danışır

 Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlamentin iclas zalına Ukraynanın müvəqqəti nümayəndəsi ilə birlikdə daxil olması Kiyevə dəstək kimi qiymətləndirilib. Prezident çıxışından əvvəl zalda oturanlardan ayağa qalxmalarını xahiş edib və ardından zalda Ukrayna himni səsləndirilib. Himn zamanı o, Ukraynada çəkilən müharibə şəkillərini də monitor vasitəsilə təqdim edib. Prezident hakimiyyətin ona fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyduğunu açıqlayıb. Onun beynəlxalq fəaliyyətinə məhdudiyyətlər qoyulduğunu deyərək bunu “anlaşılmaz” adlandırıb.

Vurğulayıb ki, fevralın 26-da o, Avropanın bir sıra ölkəsinə işgüzar səfərlər etmək istəyib, lakin buna hökumət tərəfindən rədd cavabı alıb: “Ehtiyacın çox olduğu bir vaxtda prezidentin beynəlxalq fəaliyyətinə qoyulan məhdudiyyətlər başa düşülən deyil. 26 fevral 2022-ci ildə Paris, Brüssel, Berlin və Varşavaya işgüzar səfərlər etməyimə yazılı şəkildə rədd cavabı aldım.

Mövcud vəziyyəti nəzərə alaraq bütün rəsmi formatları ləğv etmişdim. Belə vaxtlarda şəxsi əlaqələrimdən istifadə etməyi və iş səfərlərini şəxsi görüşlərə çevirməyi lazım bildim. Hesab edirəm ki, bu cür yanaşma və bu cür məhdudiyyətlər belə çətin regionda olan ölkəmiz üçün zərərlidir. Məhdudiyyətlərin zamanı deyil, əksinə, kimin gücü çatırsa, beynəlxalq müstəvidə mümkün qədər cəlb olunmalı, tərəfdaşlarımıza rahatlıq verməməliyik! Hesab edirəm ki, mənim qırx illik diplomatiya və strateji iş təcrübəm, bu müddət ərzində əldə etdiyim şəxsi əlaqələr, ölkəmizə onu itirməkdən daha faydalıdır”. Zurabişvilinin çıxışı müxalifət deputatları tərəfindən alqışlarla qarşılanıb. Hakim partiyanın deputatlarından isə yalnız bir neçəsi prezidenti alqışlayıb. Baş nazir İrakli Qaribaşvili prezidentin yanına getməyib. “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze Prezident Salome Zurabişvilinin çıxışını tənqid edib: “Bu gün Gürcüstanda hibrid müharibəni, öz ölkəsinə qarşı hərəkət edən insanlar görürük, onlar sizin səsləndirdiyiniz məsələləri başqa cür yozacaqlar. Hörmətli nümayəndəni iclas zalına xəbər etmədən gətirməyiniz və Gürcüstan parlamentinə xəbər etmədən məktub yazmanız, məncə, bu, instituta hörmətsizlikdir”.
Mediatv.az xəbər verir ki, politoloq Azər Qasımov “Şərq”ə deyib ki, Zurabişvilinin bu hərəkətini Qərbə dəstək, Rusiyanın işğalçı hərəkətinə etiraz kimi qəbul etmək üçün çox fikirləşməyə ehtiyac yoxdur. Analitikə görə, onun Qərbyönümlü olduğu məlumdur:

“Hökumətin isə rusyönümlü olduğu, İvanişvilinin nəzarətində olduğu da məlumdur. Bu qüvvələrin qarşıdurması Rusiya-Qərb gərginliyinin təzahürüdür. Zurabişvili Ukrayna nümayəndəsini məqsədli şəkildə parlamentə gətirib. Bu, Qərbin göstərişi də ola bilər. Məqsəd Gürcüstanda Rusiya əleyhinə olan qüvvələrin aktivləşməsini təşkil etməklə Moskvaya qarşı sanksiyalara Gürcüstanı da qoşmaqdır. Prezident-hökumət qarşıdurmasının böyüyəcəyini gözləmək lazım deyil. Gürcüstan Rusiyaya qarşı apardığı siyasətin acı nəticələrini 2008-ci ildə yaşayıb. Ukraynanın indi yaşadıqlarını onlar daha əvvəl görüblər. Ən əsası isə Qərbin oyunları ilə Rusiyaya qarşı çıxmağın hansı itkilərə səbəb olduğunu gürcülər çoxdan başa düşüblər. Hökumətin Zurabişvilini günahlandırması da bundan irəli gəlir. Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq. Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir. Rusiya Ukrayna bataqlığına batdıqca, hesab etmək olar ki, bunun əksini fikirləşənlərin sayı artacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024