Siyasət (27-02-2019, 18:30)
Salome Zurabişvili: Biz son illər eyni faciələri yaşadıq

Bunu Gürcüstan prezidenti xanım Salome Zurabişvili prezident İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə deyib.
Gürcüstan prezidenti iki ölkə arasında əməkdaşlıq çox əhəmiyyətlidir:
“İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq”.
Salome Zurabişvilinin sözlərinə görə, bunlar dövlət quruculuğuna da təsir edib.
“Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır.
Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır”, - Zurabişvili vurğulayıb.
O, ölkəmizə səfərdən məmnun olduğunu dilə gətirib:
“Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025