Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-12-2020, 14:30)
İlham Əliyev bu il 4 ölkəyə səfər edib

 “2020-ci il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya Respublikası, Serbiya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası və Çin Xalq Respublikası arasında bu il 28 beynəlxalq müqavilə imzalanıb”. 
"Mediatv.az” xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında qeyd olunub.
Bildirilir ki, 2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilib: “2020-ci ilin 10 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” imzalanıb. Sözügedən Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb”.
XİN-in məlumatında həmçinin qeyd olunub ki, ümumilikdə, cari ildə Türkiyə Respublikası, Türkmənistan, Macarıstan, Bolqarıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Ukrayna, Çin Xalq Respublikası, Serbiya Respublikası, Meksika Birləşmiş Ştatları, Polşa Respublikası, Monteneqro, Koreya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası, İordaniya Haşimilər Krallığı və Tacikistan Respublikası ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilib.
“Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.
Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər. 30 sentyabr 2020-ci il tarixində Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Kuba Respublikasında Səfirliyi təsis edilib”.шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024