Martın 14-də səhər saatlarından etibarən Kiyevdə işğalçılar hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutublar.

Mediatv.az  xəbər verir  ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə,  hadisə nəticəsində iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazidən 70-ə yaxın insan təxliyə edilib.