Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-03-2022, 15:02)
Zelenski Putinə birbaşa görüş təklif edib

 Kiyev daim Moskvaya Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa danışıqlar təklifləri ilə müraciət edir.

Mediatv.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, indi bu məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr mərhələsindədir.
“Kiyev Moskvaya daim belə təkliflər edir”.

O əlavə edib ki, bu cür danışıqların təşkili prosesi Rusiya və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən müzakirə mərhələsindədir. Nazirlərin birbaşa təmasların aparılması ilə bağlı razılığa gələ biləcəklərini soruşduqda, Kreml sözçüsü danışıqların nəticəsini gözləməyi təklif edib.

"Nəticələri gözləyək və onların nə ilə razılaşacağını anlayaq", - Peskov deyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl bildirib ki, Kiyev Putin və Zelenski arasında birbaşa danışıqların aparılmasını istəyir.
Türkiyə, Rusiya və Ukraynanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitri Kuleba arasında cümə axşamı Antalyada danışıqlar aparılıb. Bu, Rusiya Federasiyası və Ukrayna XİN rəhbərləri arasında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk görüşdür.шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024