Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-03-2022, 11:13)
Putin Ukraynaya hücumu sürətləndirir - ABŞ kəşfiyyatı

 Rusiya Prezidenti Vladimir Putin beynəlxalq sanksiyaların yaratdığı hərbi uğursuzluqlara və iqtisadi çətinliklərə baxmayaraq, Ukraynaya hücumu gücləndirə bilər.
 
Mediatv.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes deyib.
 
Onun sözünə görə, Putinin bu cür uğursuzluqlardan çəkinməsi ehtimalı azdır və o gərginləşərək Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıra bilər.
 
“Gərginliyin bu qədər yüksək olduğu halda, "istəksiz eskalasiya" potensialı həmişə var. Putin indi qəzəbli və əsəbidir. Bu, Rusiya prezidentinin dinc əhali arasında itkilərə məhəl qoymadan Ukrayna ordusunu darmadağın etmək səylərini sözün əsl mənasında ikiqat artırmasına səbəb ola bilər. Putin öz məqsədlərinə necə nail ola biləcəyini artıq bilmir.
 
Ukraynanın ələ keçirilməsi ilə bağlı vəsvəsəyə baxmayaraq, Putin qiymətli silahları qurban vermək istəmir. Putin rusların “Vinnitsa” hava limanını ən bahalı raketlərlə vurduqlarını eşidəndə hərbçiləri ağır cəzalandırıb. Çünki hava limanı Rusiyanın ehtiyatda olan 8 raketindən biri ilə vurulub. Putinə isə Rusiya işğalının tam mənzərəsi deyilmir. Onun Ukrayna əhalisinin demək olar ki, 100%-nin rus işğalçılarına mənfi münasibət bəslədiyini bilmədiyini düşünməyə əsas var. Məsuliyyəti üzərində olan insanlar belə şeyləri Putinə bildirməyə qorxurlar”. - Avril Haynes qeyd edib.шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025