Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-03-2022, 19:38)
Yaponiya Rusiya və Belarusa nəhəng sanksiyalar tətbiq etdi

 Yaponiya Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya Federasiyası və Belarusa qarşı yeni sanksiyalar paketini təsdiqləyib, bura 32 nəfərin və şirkətin aktivlərinin bloklanması, həmçinin neft emalı avadanlıq və texnologiyalarının ixracına qadağa daxildir.
Mediatv.az xəbər verir ki, bu barədə "Nikkei Asia” hökumət nümayəndəsinin çıxışına istinadən məlumat yayıb.

Məlumatda deyilkir ki, Yaponiya Ukraynanın işğalı ilə əlaqədar Rusiya və Belarusa qarşı sanksiyaları davam etdirəcək, məmurların və digər təşkilatların aktivlərini donduracaq.

Rusiya Ukraynaya Belarusun "açıq-aşkar iştirak ilə" hücumlarını gücləndirdiyi üçün Yaponiya Rusiyaya neft emalı avadanlığının və Belarusa ikili təyinatlı məhsulların ixracını qadağan edəcək.

Söhbət müdafiə sənayesində istifadə oluna bilən texnologiyalardan gedir.

Yaponiya hökumətinin məlumatına görə, Yaponiyada aktivləri bloklanacaq şəxslər siyahısına məmurlar və oliqarxlar kimi 32 rus və belarus fiziki şəxs, o cümlədən hərbi şirkətlərlə əlaqəli olan 12 təşkilat əlavə edilib.

Tokio həmçinin Belarus Müdafiə Nazirliyinə və Minsk hərbi yarımkeçirici istehsalçısına qarşı sanksiyalar tətbiq edərək, martın 15-dən Yaponiya ixracatçılarına onlardan ödəniş almağı qadağan edib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi son maliyyə sanksiyalarından sonra Yaponiya hökuməti daha 4 Rusiya bankının aktivlərini donduracaq.
шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025