Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-02-2022, 14:23)
Boğazları bağlamaq Ankaranın maraqlarına ziddir - Ekspert danışır

 Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ankaraya çağırış edib. Səfir Türkiyədən boğazları bağlamağı istəyib: “Türkiyə rəhbərliyinə səslənirəm. Çanaqqala boğazının bağlanmasını tələb edirik. Rusiyaya sanksiya tətbiq olunmasını istəyirik. Buradakı Rusiya səhmlərinin müsadirəsini tələb edirik”.
Mediatv.az xəbər verir ki, Ukrayna rəsmisinin tələbini “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev indiki məqamda Türkiyənin buna gedəcəyini qeyri-mümkün hesab edir. Analitikin sözlərinə görə, ilk növbədə Qərbin Rusiyaya qarşı hansı addım atacağı bilinməlidir:

“Ən əsası isə NATO-nun mövqeyidir. Yalnız ondan sonra Türkiyə cavabını konkretləşdirə bilər. Ankaranın rəsmi mövqeyi aydındır və hesab edir ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi yolverilməzdir, işğaldır və buna son verilməlidir.

Amma Türkiyənin buna birbaşa müdaxiləsi, boğazları bağlaması, ölkəsindəki rus şirkətlərinin, banklarının fəaliyyətinə məhdudiyyət qoyması Rusiyaya müharibə elan etmək anlamına gələr.

Bununla Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlmiş olar. Türkiyə ABŞ və Böyük Britaniyanın qəti mövqeyindən sonra öz iradəsini ortaya qoya bilər.

Türkiyə regiondakı müharibənin milli maraqlarına uyğun olmadığını əsas gətirərək boğazlarını müvəqqəti bağlaya bilər.

Ancaq Qərbin səssiz və hərəkətsiz qaldığı bir vaxtda Ankaranın hərəkətə keçməsi Türkiyə üçün məqsədəuyğun deyil”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024