Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 13:03)
“Tayqa Ticarət” şirkətinin pullarını mənimsəyən eks-əməkdaşına elektron qolbaq taxıldı

 Şəmkir Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Asif Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazlı Heydərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Asif Hacızadə “Tayqa Ticarət” şirkəti ilə aralarında bağlanmış 2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə əsasən satış təmsilçisi vəzifəsində çalışıb. O, həmin ildə ona həvalə edilmiş xidməti vəzifələrin icrası zamanı öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş əmlakı mənimsətmə yolu ilə talama məqsədilə qanunsuz hərəkətlər edib.
Belə ki, təqsirləndirilən şəxs qeyd olunan müddətdə Şəmkir rayonu və ona təhkim olunmuş digər rayonlar üzrə müştərilərdən sifarişləri toplayaraq şirkətin mərkəzi uçot şöbəsinə göndərib, sifariş əsasında müştərilərə çatdırılan ümumilikdə 84 698,49 manat dəyərində ərzaq və qeyri-ərzaq məhsullarının pulunun toplanması və şirkət xəzinəsinə mədaxil edilməsi vəzifəsini icra edib.
İstintaqla müəyyən olunub ki, Asif Hacızadə həmin məbləğin yalnız 58 891,64 manat hissəsini şirkətin xəzinəsinə mədaxil edib, 1 788,45 manat dəyərində məhsulu şirkətə geri qaytarıb, 1 699,25 manat hissəni əksik gəlmə kimi rəsmiləşdirib, 11 994,68 manat dəyərində məhsulu isə şirkətə təhvil verib. Qalan məbləğ olan 10 324,47 manatı isə təqsirləndirilən şəxs mənimsəyib.
Məhkəmə istintaqı zamanı Asif Hacızadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, qeyd edilən məbləği mənimsədiyini etiraf edib. O, hazırda əməlindən peşman olduğunu, şirkətə vurmuş olduğu ziyanı tamamilə ödədiyini deyərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025