Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Bu gün, 13:35)
Nazirin Zaqreb səfəri qalmaqal yaratdı- MÜĞƏNNİLƏRƏ QONORAR NECƏ VERİLİB?

 Bəzi sənətçilərin Mədəniyyət Nazirliyinə qarşı qalmaqallı bitib- tükənmir. İttihamlar, narazılıqlar baş alıb gedir… Bu arada mediada yeni bir ittiham meydana çıxıb. Göndərilən belə bir media məhsulundan bəlli olur ki, ortada başqa bir korrupsiya faktı var.
Söhbət bu ilin yay aylarında nazirlik tərəfindən Xorvatiyanın Zaqreb səfərinə edilən ezamiyyət xərclərində dair görünməmiş korrupsiya hüquqpozmalarından gedir. Beləliklə, 2025-ci il iyunun 23–25-də Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan konsert proqramı və ikitərəfli görüşlərlə əlaqəli  xərclər smetasının dərc olunduğu sənəd əsl istintaq predmetidir. Baş Prokurorluq bu faktı araşdırmalıdır və Azərbaycan CPM- nin tələblərində də bu hal ifadə edilir. Hansı ki, haqqında söhbət açılan həmin sənəddə ezamiyyəyə daxil olan yol xərci görün necə hesablanıb və pul silinib: Bakı-İstanbul-Zaqreb-İstanbul-Bakı reysinə 1 nəfər üçün 13 000 manat, 32 nəfər üçün isə 128 000 manat (adambaşına 4 000 manat) xərclənib!
 Digər bir məsələ: məlum olur ki, hazırda Xorvatiyaya həmin eyni istiqamətlər üzrə qiymətlər adambaşına 1500 manatdır. Yay mövsümü olduğunu nəzərə alsaq, maksimum 2000-2500 manat olduğunu da ehtimal etsək, deməli, 1 biletin qiymətinin 4000 manat olması ağlabatan deyil. Bir nəfər üçün 13 000 manatlıq bilet isə istənilən halda ciddi şübhələrə yol açır.
Bundan əlavə, nazirliyin həmin ezamiyyət smetasında müğənnilərə 1400-2100 manat arası qonoror yazılıb. Görəsən onlar bu qonorarı alıblarmı? qeyd olunub. Hətta təəccüblü də olsa, xərclər smetasında 2 günə 1 nəfərə 1500-2000 manat arası günlük xərclər ödənildiyi göstərilir.
 Başqa bir maraqlı məqam: Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov mediaya bildirib ki, xaricə ezamiyyətə gedəndə, əgər hər şey qarşılanırsa, ümumiyyətlə heç nə ödənilmir. Amma sənədlərdə qeyd olunub ki, 40% ezamiyyət xərcləri ödənilir. Sual olunur: nazir Anar Kərimli, nazir müavini Oleq Əmirbəyov, Mənzərxanım Nurəliyeva üçün 40% ödənilir, sənətçilərə isə ödənilmir?  Hansı ki, nazirin imzaladığı smeta şikayətçi müğənnilərin söylədiklərini tam təsdiqləyir.
İndi düşünməli oluruq: maaş azlığlndan səhnəni tərk edib ailəsini dolandırmaq üçün başqa sahələrə getməyə məcbur sənətçilərin qara gününü nazir və onun aparatı- komandası görmürsə, bağlanan kitabxanalarla mədəniyyətimizə vurulan zərbəni hiss etmirlərsə, daha bu komandadan başqa nə gözləyəsən?!
“Təzadlar”ın elektron poçtuna digər Avropa ölkələrinə, eləcə də ərəb ölkələrinə qastrol səfərlərinə və s. dair qalmaqallı faktlarla dolu bir məktub da daxil olub. Bəzi detalların araşdırılmasına zərurət olduğundan tərəfimizdən dəqiqləşdirmələr aparılır, əlavə məlumat veriləcək./tezadlar.az

шаблоны для dle 11.2

Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025