Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 11:39)
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...

 32gun.az-ın araşdırmasına görə, cari ildə Elşad Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Yasamal Rayon İcra Hakimiyyəti sadəcə 7 ay ərzində 21.767.741,2 manatlıq tender müqaviləsi bağlayıb.
Araşdırma göstərir ki, ilin əvvəlindən icra orqanı tender fəaliyyətinə 30.04.2025 tarixində İST Firmasından 10.560 manatlıq Aİ-95 markalı benzin almaqla başlayıb.
Daha sonra bağlanmış əsas müqavilələr aşağıdakılardır:
“Ramco” Qapalı Səhmdar Cəmiyyəti – Köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi – 17.051.000 AZN
“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN
İST Firması – Aİ-95 markalı benzin – 10.560 AZN
“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN
“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 763.401 AZN
Qeyd edək ki, rəsmi məlumatlara görə, Yasamal rayonunun əhalisi 249.335 nəfərdir. Sadə hesablama göstərir ki, təxminən bir sakin üçün 1 milyon manata yaxın pul xərclənib – gülməli səslənsə də, rəsmi rəqəmlər belədir.
Beləliklə, Elşad Həsənovun rəhbərliyi altında icra orqanı 7 ayda ümumilikdə 21.767.741,2 AZN dəyərində tender müqaviləsi imzalayıb. шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025