Sosial (Bu gün, 19:31)
Bir gündə üç tender udan “canavar”: “VNM İNŞAAT” kimindir?
“VNM İnşaat” MMC bir gündə üç tenderin qalibi olub.Tribunainfo.az xəbər verir ki, bununla bağlı durum araşdırmalar zamanı üzə çıxıb.
Belə ki, sözügedən şirkət dünən Yardımlı Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Yardımlı rayon küçələrində avtomobil yollarının əsaslı təmirini həyata keçirəcək MMC bunun üçün 657 min 248 min 79 qəpik ödəniş alıb.
Elə həmin gün “VNM İnşaat” Zaqatala rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Həmin tendderə əsasən şirkət Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması işlərinin həyata keçirəcək. Bunun müqabilində isə 575 min 559 manat 63 qəpiklik müqavilə imzalayıb.
Tribunainfo.az-ın araşdırmalarına görə, “VNM İnşaat” dünən həmçinin Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin də tendderinin qalibi olub. 150 min 468 manat 29 qəpik dəyərində olan müsabiqənin mahiyyəti abadlaşma, təmir-tikinti işlərinin satın alınması olub.
Açıq mənbələr üzərindən aparılan araşddırmalar zamanı məlum olub ki, son bir ildə “VNM İnşaat” MMC 13 tenderin qalibi olub. Əsasən İcra Hakimiyyətlərinin müsabiqələrindən ibarət olan bu proses zamanı şirkətə 10 milyon manata yaxın pullar köçürülüb.
Bəs, bu şirkət kimə məxsusdur? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.
Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər “VNM Servis” MMC-nin və “VNM İnvest” MMC-nin də qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
Araşdırmalar zamanı bəlli olub ki, “VNM İnşaat” MMC ilə “VNM İnvest” MMC eyni tarixdə yaradılıb. Bunadan başqa, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir.
Ehtimal olunur ki, bu şirkətlər eyni şəxs tərəfindən yaradılıb. Bəzi məlumatlara görə, şirkətlərin adındakı “VNM” Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərflərindən götürülüb.
Tərəfləri dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir - əmlakı və lizinqdəki avtomobillərinə HƏBS QOYULDU
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025


























