Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-05-2021, 16:00)
Çavuşoğlu ABŞ-da: Qovluğunda nələr var? - “Dünyanın yeni dizaynında Türkiyə...”

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda səfərdədir. Çavuşoğlu bu barədə tvitter səhifəsində bildirib:
“Fələstində yaşanan zülmü ən güclü şəkildə duyurmaq üçün Fələstin, Pakistan və Tunisdən olan həmkarlarımla birlikdə Nyu-Yorkdayıq”.
Səfərdə müzakirə olunacaq məsələləri “Sherg.az”a dəyərləndirən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyə və ABŞ bir-birlərinə ehtiyacı olan ölkələrdir:

“Son zamanlar iki ölkə arasında yaşanan gərginliklərə baxmayaraq, istər Ankara, istərsə də Vaşinqton bu münasibətlərin normallaşmasında maraqlıdır. Türkiyəni məcburən Rusiyaya sığınan bir ölkə kimi təqdim etmək yanlışdır. Ankara Qərbə qarşı Rusiyanın mövqeyini dəstəkləmir, Suriyada ger çəkilmir. Digər tərəfdən, Ankara ABŞ və Aİ ilə münasibətləri Rusiya, yaxud Çin və İranın maraqlarına görə qurmur. Yəni Türkiyə müstəqil söz sahibi olan dövlət kimi siyasət yeridir.

ABŞ üçün əsas problem Türkiyənin onun iradəsinə tabe olmadan dünyanın yeni düzənində yer almasına çalışmasıdır.

Konkret desək, ABŞ başda olmaqla bəzi Qərb dövlətləri Türkiyənin 100 illik fasilədən sonra yenidən dünyanın aparıcı kəsiminə daxil olmasını arzulamırlar. Bunu təbii ki, Rusiya, İran və Çin də istəmir. Lakin bu sonuncular məcburən Qərbin təzyiqlərini zəiflətmək üçün Ankaranı müəyyən məsələlərdə dəstəkləməyə çalışırlar. Rusiya, Çin və İran ABŞ-Türkiyə məsələsində Ankaraya dəstək verirlər. Rusiya daha çox canfəşanlıq göstərir, çünki Türkiyə ilə geniş əməkdaşlıq edir. Pekin Türkiyə ilə dostluqdan yalnız qazana bilər. İran bəyan edir ki, Türkiyə dost ölkədir. Bir sözlə, ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü iddialar tam əsassızdır və onun demokratiya idealları ilə heç bir əlaqəsi yoxdur”.

A.Rəşidoğlu qeyd edib ki, qərbin müəyyən dairələri Türkiyənin daha da inkişaf edib, dünyanın aparıcı ölkəsi olmasının qarşısını almağa çalışırlar:

“Konkret desək, Ankaranın 2023-cü il hədəflərinə çatmaması üçün əllərindən gələni edirlər. Türkiyənin mövqeyindən çəkilməsi faktiki olaraq onun asılı olmasına aparan birbaşa yoldur. Ankara bunu etməyəcək. Görünür, Cavuşoğlu Ankaranın bu mövqeyini amerikalı siyasətçilərin diqqətinə çatdıracaq”.шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024