Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-11-2025, 13:27)
Milyonluq tenderlərin qalibi olan Hacı İlham Şıxseyidovun şirkəti cərimələnə bilər

İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC idarəçilik qaydalarını pozduğuna görə barəsində cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Conco” QSC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilib. İşə 27 noyabr tarixində hakim Anar İbrahimovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Tərəfləri dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026