Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (Bu gün, 16:02)
Milli Qəhrəmanın anası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.
Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.
Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin.
Sizə uzun ömür, can sağlığı arzu edirik”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025