Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-01-2022, 12:13)
Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb - Ekspert danışır

Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna rəhbərlərinin üzbəüz görüşünü təşkil etməyə hazır olduqlarını bildirib. Bir neçə gün öncə tərəflərə vasitəçilik təklif edən Türkiyə lideri vurğulayıb ki, müharibə mühiti, psixoloji vəziyyət Ankaranı məyus edir. Ərdoğan vurğulayıb ki, Türkiyə hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkədir. Prezident bəyan edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmaslar davam etdirilir. Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb. Hər iki tərəf Ankaranın xoşməramlı təşəbbüsündən məmnunluq duyduqlarını deyiblər. Məlumata görə, Ankara hökuməti masa arxasına Rusiya və Ukrayna ilə yanaşı, ATƏT və Donbassdan olan nümayəndələri də əyləşdirmək niyyətindədir.
Mediatv.az-ın məlumatına görə, Türkiyənin vasitəçilik cəhdi ilə bağlı “Şərq”ə danışan politoloq Turab Rzayev deyib ki, Ankaranın təşəbbüsü qardaş ölkənin regionda artan gücünü və təsir dairəsini göstərir. Analitikə görə, Türkiyə əslində mümkün olmayanı edir: “Bundan əvvəl Fransa və Almaniya “Normandiya formatı”nda tərəflər arasında vasitəçilik edirdi. Belarus tərəflər arasında neytral bölgə kimi görüş məkanı seçilmişdi və bəzi görüşlər keçirilmişdi. Amma “Normandiya formatı” heç bir işə yaramadı. Ümumiyyəltə, Qərbin Ukrayna məsələsini yoluna qoyması mümkün görünmür. Türkiyə əvvəllər vasitəçilik təklif etsə də, Rusiya tərəfindən müsbət qarşılanmamışdı. İndi Moskvanın müsbət cavab verməsi Türkiyənin artan nüfuzunu göstərir. Həm də Rusiya və Ukraynanın Ankaraya ehtiyac duyduqlarını ortaya qoyur. Rusiya özü çıxılmaz vəziyyətdədir. Moskva Qərbə ultimatum verib ki, “NATO 1997-ci ildəki sərhədlərinə qayıtsın, əks halda Moskva hərbi vasitələrə əl atacaq”. Qərb geri addım atmazsa, Rusiya ya savaşa başlamalı, ya da verdiyi sözdən qaçmalıdır. Sözündən geri dönmək Rusiyanın nüfuzuna zərbə deməkdir. Müharibəyə girmək isə Rusiya üçün ciddi fəlakətdir. İndiki halda Rusiya üçün Türkiyənin vasitəçiliyi daha məqbuldur. Ukrayna da Qərbdən istədiyi dəstəyi ala bilmir. Avropa ölkələri daha çox Rusiya tərəfdən çıxış edirlər. O baxımdan Kiyev də Ankaranın təşəbbüsünü yüksək qiymətləndirir”.
Ekspertin fikrincə, Türkiyənin Ukrayna məsələsində aktivliyinin müəyyən səbəbləri var: “Türkiyə hər iki ölkə ilə normal münasibətlərə sahibdir. Ankara Moskva ilə hərbi əməkdaşlıq edir, S-400 raket komplekslərini alır. Həmçinin, Türkiyə-Rusiya arasında çox böyük ticarət dövriyyəsi var. Xüsusən, son dönəmlər iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər formalaşıb. Tərəflər Suriya, Liviya, Aralıq dənizi və Cənubi Qafqazda ortaq maraqlar güdürlər, bir-biri ilə məsləhətləşirlər. Ukrayna da Türkiyənin ən yaxın strateji tərəfdaşlarından sayılır. İki ölkənin ortaq təyyarə motoru proyekti var. Türkiyə Krım mövzusunda xüsusi həssaslıq göstərir və bu məsələdə Kiyevin yanında olduğunu bəyan edir. Ən önəmlisi Ukraynanın müdafiə sahəsinə öz töhfəsini verir. Hazırda Ukrayna səmasının bir qismini Türkiyənin pilotsuz uçuş aparatları qoruyur”.
T.Rzayev qeyd edib ki, Türkiyə öz yaxınlığında müharibə istəmir: “Ankara hökuməti ABŞ-ın Qara dənizə həddindən artıq hərbi gəmi, sualtı vasitələr göndərməsinə qarşı çıxmışdı. Ərdoğan bunu “Qara dənizin barıt çəlləyinə çevrilməsi” kimi təqdim etmiş və öz narazılığını bildirmişdi. Eyni zamanda Rumıniya və Bolqarıstanda NATO qoşunlarının, Yunanıstana hərbi texnikaların cəmlənməsinə qarşı çıxmışdı. Türkiyə Amerikanın Qara dənizdə yeni cəbhə açmasının əleyhinədir. Ona görə də Ukrayna və Rusiya arasında vasitəçilik missiyası ilə çıxış edir. Ehtimal edilən görüşdə ATƏT-in olması Ukraynaya dəstək üçün vacibdir. Donbass nümayəndələrinin iştirakı isə Rusiyanın tələbidir. Görünür, Türkiyə və Ukrayna Rusiyanı danışıqlar masasına gətirmək üçün Donbass təmsilçilərinin görüşə qatılmasına razılıq veriblər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024