Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-01-2021, 16:20)
Türkiyəyə NATO-da mühüm vəzifə verildi: - kimlər narahatdır?

 NATO daxilində Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi komandanlığının Polşadan Türkiyəyə keçməsi NATO daxilindəki bəzi ölkələri narahat edir. Xüsusilə də Fransa bu məsələdən ən çox narahatlıq keçirəndir.

Bu sözləri "Mediatv.az"-a politoloq Elxan Şahinoğlu NATO daxilində Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi komandanlığının Polşadan Türkiyəyə keçməsi haqda danışarkən deyib.

O bildirib:

“Türkiyə ordusunun gücünə və say tərkibinə görə NATO-nun ikinci ən güclü ölkəsi sayılır. Bu gün başda Fransa olmaqla, alyansın bir neçə üzvü rəsmi Ankaradan ehtiyat edir, hətta onun qurumdan çıxarılmasını arzulayır. Amma düşünürəm, Türkiyə heç vaxt NATO-dan çıxmayacaq. Lakin bu da bir gerçəkdir ki, bu gün Türkiyəyə alyans daxilində haqsızlıqlar edilir. Xüsusilə ABŞ-ın S-400 raketlərinə görə Türkiyəyə sanksiya tədbiq etməsi anlaşılmaz bir vəziyyətdir. Yəni təşkilatın bir üzvünün digər bir üzvünə sanksiya tədbiq etməsi alyansın "hamımız birimiz üçün" prinsipinə heç də uyğun deyil. O ki qaldı NATO daxilində Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi komandanlığının Polşadan Türkiyəyə keçməsinə, bu, rotasiya qaydalarına uyğun həyata keçirilir və önümüzdəki bir il ərzində rəsmi Ankara hərbi alyans üçün həyati qərarlar verəcək”.

Politoloq qeyd edib ki, Türkiyə ona verilən səlahiyyətlərdən maksimum faydalı şəkildə istifadə etməyə çalışacaq:

“Xüsusilə də NATO-da hərbi təlimlərdə yeniliklərin şahidi ola biləcəyik.

Digər tərəfdən, Türkiyəniin bu vəzifəni alması ölkəmiz üçün də faydalı olacaq. Çünki Azərbaycan NATO-nun sülhməramlı tərəfdaş proqramının ən aktiv üzvüdür. Azərbaycan Türkiyənin dəstəyi ilə bu il NATO ölkələri ilə birlikdə təlimlərdə iştirak edə, ordunun modernləşməsini, eyni zamanda regional təhlükəsizlikdə rolunu artıra bilər”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024