Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-10-2020, 15:53)
Ermənistanın Rusiyaya növbəti xəyanəti - AÇIQLAMA

 Ermənistanın NATO-ya yaxınlaşması bu ölkənin ikiüzlü siyasətini bir daha sübut edir. KTMT üzvü olan bir ölkənin bu gün NATO-ya üz tutması başda Rusiya olmaqla, digər üzv ölkələrini də narahat etməlidir.

Bu sözləri "Mediatv.az"-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Prezidenti Armen Sarkisyan ilə NATO rəhbərinin görüşü və müzakirələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan bu və digər formada NATO ilə əlaqələrini gücləndirmək istəyir:

“Lakin bu, heç də asan bir şey deyil. Əvvəla, bu proses olduqca uzun və müəyyən şərtləri özündə ehtiva edir. Bu gün Ermənistanın “NATO ilə dost olmaq istəyirəm” deməsi ilə heç nə həll olmur. Mən bunu populist addım olaraq qiymətləndirirəm. Hiss olunur ki, Ermənistan təşviş içindədir.

Paşinyan nə qədər ki, belə siyasi səhvlər edir, bu, Azərbaycanın xeyrinədir. Bir ölkə NATO-ya üzv olmaq istəyirsə, bir neçə illik proses keçməlidir. Digər tərəfdən, aydın görünür ki, NATO-ya yaxınlaşmaqda rəsmi İrəvanın başlıca məqsədi onu münaqişəyə cəlb etməkdir. Lakin NATO qoşunlarının Qarabağa gəlməsi elə də asan bir şey deyil. Hər şeydən öncə ona görə ki, NATO-da qərarlar ümumi konsensus əsasında qəbul edilir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024