Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-12-2019, 11:09)
ABŞ-da hərbi təhsil alan xarici tələbələr yoxlanılacaq

  
Pentaqon Florida ştatında baş vermiş silahlı insidentdən sonra ABŞ-da hərbi təhsil alan xarici tələbələri yoxlayacaq.
RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.
“Komandamız ölkəmizə gələn əcnəbi tələbələrin düzgün seçilməsini və yoxlanmasını təmin etmək üçün sərəncamımızda olan bütün tədbirləri öyrənir. Biz onların kim olduğunu yaxşı bilməliyik”, - deyə Esper bildirib.
Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi Məhəmməd Səid əl-Şəmrani 3 nəfəri öldürdükdən sonra intihar edib. Hadisə  nəticəsində daha 8 nəfər də yaralanıb.
Tələbənin terrorçularla əlaqəsinin olub-olmadığı müəyyənləşdirilir.
Əl-Şəmrani hərbi bazada 2017-ci ildən təlim keçirdi. Onun tədris proqramı 3 il sürməli idi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcəyini bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025