Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-04-2021, 19:48)
Hüquq sistemini çökdürən SƏBƏBLƏR

“Artıq insanlar məhkəmədən ədalət gözləmir”
Azərbaycanın məhkəmə-hüquq sistemində mövcud olan problemlər uzun illərdir ki, həll olunmamış qalır. Məhkəmələrin tam müstəqil olmaması, süründürməçilik, sifarişli qərarların çıxarılması və digər bu kimi problemlər, insanların öz hüquqlarını beynəlxalq məhkəmələrdə araması ilə nəticələnir.

“Ağ Partiya” sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, məhkəmə sistemi tam müstəqil olmalıdır: “Məhkəmə dövlətin üç müstəqil idarəetmə qolundan biridir. Yəni Qanunverici, İcraedici və Məhkəmə orqanı mövcuddur. Məhkəmə qərarını yalnız ondan üst səviyyədə olan digər instansiya ləğv edə bilər. Təəssüflər olsun ki, bizim cəmiyyətdə məhkəmələrin müstəqil olmadığı, tapşırıqla iş gördüyü haqda fikirlər formalaşıb. Amma məhkəmə tam səlahiyyətli bir orqandır. Təəssüf ki, Azərbaycanda məhkəmə sistemi olduqca bərbad vəziyyətdədir. Artıq insanlar məhkəmədən ədalət gözləmir və bu sistem vətəndaşların gözündə öz legitimliyini itirib. Ona görə də, insanlar məhkəmədən daha çox aradakı işbazlarla öz problemlərini həll etməyə çalışırlar”.

Tural Abbaslı əlavə edib ki, məhkəmə institutunun öz funksiyasını yerinə yetirməyə başladığı andan dövlət güclənir: “Məhkəmələr öz funksiyalarını düzgün yerinə yetirsələr, o zaman dövlətdə ədalət olacaq və cəmiyyətdə gərginlik azalacaq. Məhkəmələrdəki problemlər o qədər yüksəkdir ki, dövlət tərəfindən məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsinin vacibliyi vurğulanır. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün də heç bir islahat aparılmayıb, məhkəmələr sifarişli qərarlar çıxarırlar, yaxud rüşvət və korrupsiya bu sistemdə ən yüksək həddədir. Bu problemlərin həlli köklü yanaşma tələb edir. Burada əsas həlledici faktor siyasi iradədir. Əgər siyasi iradə olacaqsa, o zaman məhkəmə sistemindəki problemlər öz həllini tapacaq. Əks halda isə heç bir nəticə hasil olmayacaq. Məhkəmələrdəki mövcud problemlər həll edilməyəcəksə, o zaman cəmiyyətdə ədalət olmayacaq. Ədalət olmayan cəmiyyətdə isə, milli həmrəylik, vətənpərvərlik və haqqdan danışmaq yersizdir. Ona görə də, məhkəmə-hüquq sistemində təcili olaraq köklü və ardıcıl islahatlara başlanılmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024