Cəmiyyət (1-04-2021, 13:07)
Vətən müharibəsi iştirakçısı ölkə başçısına işlə təmin olunmağı üçün müraciət etdi - MƏTN
Bakı şəhəri, Pirallahı qəsəbəsi, 40-ci məhəllə, bina 1 b, mənzil 36 ünvanında yaşayan İqbal Səfərov Hurriyyet.org vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb. Şuşa, Xocavənd və Füzulinin azad ediləməsi uğrunda medallari ilə təltif olunan İqbal Səfərov ölkə başçısından Dövlət Gömrük Komitəsinin strukturlarında və ya yerli icra hakimiyyəti orqanlarında yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində işlə təminunmağını xahiş edib:
“Möhtərəm Cənab Prezident
Mən, Səfərov İqbal Zülfəli oğlu 1985 – ci ildə Naxçıvanda anadan olmuşam. Orta məktəbdə oxuduğum dövrdə fənn olimpiadalarında dəfələrlə Naxçıvan MR birincisi və Azərbaycan ikincisi olmuşam. 10 – cu sinifdə oxuyarkən Təhsil Nazirliyinin istedadlı şagirdlər üçün keçirtdiyi “Eksternat” imtahanını qazanaraq 11-ci sinif oxumadan Azərbaycan Neft və Sənaye Universitetinə qəbul olmuşam. İnzibati İdarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə qırmızı diplomla məzun olmuşam. Hərbi xidmətimi Silahli Qüvvələrin Təlim -Tədris Mərkəzində taqim komandiri kimi keçib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxilmışam.
2007- ci ildə Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən imtahanı 93 balla ( maksimum 100 bal ) qazanaraq, Naxçıvan MR Dövlət Gömrük Komitəsində işə başlamışam. Müxtəlif gömrük idarələrində Gömrük rəsmiləşdirilməsi və nəzarəti söbələrində baş inspektor vəzifələrində çalışmış və gömrük xidməti mayoru rütbəsinə qədər yüksəlmişəm. Bu müddət ərzində qüsursuz xidmətə görə ayrı-ayrılıqda üç dəfə Komitə rəhbəri tərəfindən “Fəxri Fərman”la təltif olunmuş, eyni zamanda Azərbaycan Dövlət Gömrük Akademiyasıni bitirmişəm. Xidmətə yeni qəbul olunan əməkdaşlara illərlə gömrük qanunvericiliyini tədris etmişəm. ATƏT-in ( OSCE) sərhədlərarası mübadilə proqramlarında iştirak edib sertifikat almışam. ABŞ – Meksika sərhəddində, Hidalgo gömrüyündə dövlətlərarasi mübadilə proqramı çərçivəsində beynəlxalq təlimlərdə fərqlənərək, sertifikatla mükafatlandırılmışam.
2015- ci ildə anamın səhhətində yaranan problemlərə görə Bakı şəhərinə, ailəmin yanına köçmək məqsədilə öz ərizəmlə işdən ayrılmışam.
Sonraki illərdə İtalyada və Macaristanda magistr proqramlarını qazansam da, maddi vəziyətimlə əlaqədar olaraq təhsilimi davam etdirə bilməmişəm. İşləmək məqsədilə ABŞ-da və Kanadada yaşamışam. 2020-ci ildə COVİD19 pandemiyası ilə əlaqədar Azərbaycanda olanda Vətən Müharibəsi başladı. Könüllu olaraq doyüşlərə yollandım. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa səhərinin düşməndən azad edilməsində taqım komandiri kimi iştirak etmişəm.
Sizin sərəncamınızla Şuşa, Xocavənd və Füzulinin azad ediləsi uğrunda medallari ilə təltif olunmuşam.
Möhtərəm Cənab Prezident
Mən Vətən uğrunda döyüşlərdə iştirak etdikdən və sizin sərəncamınızla yüksək mükafatlara layiq görüldükdən sonra bundan sonrakı həyatımı da dövlətimin inkişafına həsr etmək istəyirəm. Ona görə də yenidən Kanadaya qayıtmamaq qərarına gəlmişəm. Qəti fikrim belədirki, Sizin rəhbərliyinizlə işğaldan azad etdiyimiz torpaqlarda həyat şəraiti bərpa olunanda həmin rayonlardan birinə köçüb, özümə yeni ev və iş qurum. Lakin həmin vaxta qədər öz ixtisasım üzrə çalışmaq istəyirəm. Buna görə də, Dövlət Gömrük Komitəsinin strukturlarında və ya yerli icra hakimiyyəti orqanlarında yaradılan Vətən müharibəsi iştirakçiları və Şəhid ailələri ilə işin təşkili şöbəsində işlə təmin olunmağıma göstəriş verməyinizi xahiş edirəm.
Öncədən dərin ehtiramımı və təşəkkürümü bildirirəm!”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024