Cəmiyyət (30-03-2021, 18:50)
Qalmaqallı səsyazısından sonra qalmaqallı yazışma: - “Direktor valideynləri poliklinikada gözləyir”
Xəbər verdiymiz kimi, Novxanıdakı Mehdi Hüseynzadə adına 1 saylı məktəbin direktoru Mirzəyeva Taliə “Votsap” vasitəsilə yuxarı sinif şagirdlərinin valideynlərinə müraciət edərək onları peyvənd vurdurmağa çağırıb.
Direktorun peyvəndi təbliğ edən çıxışı təkcə maarifləndirmə xarakteri daşımaıyb, həm də hədələyici tonda olub.
Belə ki, direktor kənddə yoluxmanın həddən artıq yayıldığını bildirib və validenyləri peyvənd olunduğuna dair sənəd təqdim etməyən şagirdləri imtahana buraxmamaqla hədələyib:
“Mən sizdən xahiş etdim. Amma əgər xahişə baxmayacaqsınızsa, valideynlərinin peyvənd olunmasına dair sənəd olmasa, mən də 9 və 11-ci siniflərin şagirdlərinə imtahan üçün tələb olunan arayışları təqdim etməyəcəyəm. Ola bilsin, şagirdlərdən imtahanda da valideynlərlə bağlı sənəd tələb olunsun”.
Artıq Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb və direktorlara belə tapşırığın qurum tərəfindən verilmədiyi bildirilib.
Qalmaqallı səsyazısından sonra Cebhe.info-ya sinif rəhbərlərinin valideyn və şagirdlərlə yazışamaları təqdim olunub.
Yazımalardan bəlli olur ki, hər bir sinif rəhbərinə qruplarda ayrılıqda iş aparmaq tapşırılıb. Sinif rəhbəri şagirdlərə “Valideynləriniz peyvənd olunmağa getdi?” deyə sual verir. Maraqlı məqam odur ki, bu zaman direktorun valideynləri poliklinikada gözlədiyini xatırladır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024