Cəmiyyət (23-03-2021, 19:00)
Aztəminatlı ailələr kirayə yolu ilə mənzil əldə edə biləcəkmi? - GƏLİŞMƏ
Kirayə yolu ilə mənzil almaq sadələşdirilir. Banka kredit borcunu gecikdirən şəxslər də müəyyən şərtlərlə bu hüquqdan istifadə edə biləcəklər. Hansı şərtlərdən və güzəştlərdən söhbət gedir?
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadənin "Mediatv.az"-a dediyinə görə, kirayə mənzil əldə olunması üçün əsas şərtlərdən biri vətəndaşın rəsmi gəlirə malik olmasıdır: “Bu baxımdan kirayə mənzil üçün müraciət edən vətəndaşın ödəmə imkanının müəyyən edilməsi üçün aylıq məcmu gəlirləri əsas götürülür. Bu cür gəlirlərə rəsmi mənbələrdən olan istənilən növ gəlirlər - əmək haqqı, mükafatlar, təqaüd, cari transfertlər, sahibkarlıq fəaliyyətindən gəlirlər aid edilir. Lakin bəzi kateqoriyadan olan şəxslər var ki, onlar qanunvericilikdə nəzərdə tutulan qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla sabit məbləğdə vergi və digər məcburi ödəmələri etsələr də, öz gəlirlərini hər hansı formada təsdiq edə bilmirlər. Belə şəxslərin dairəsi Vergi Məcəlləsinin 220.10-cu maddəsində müəyyənləşdirilib. Misal üçün bərbər, dərzi, çəkməçi, foto, audio-video xidməti və s. kimi fəaliyyətlə fərdi qaydada məşğul olan şəxslər”.
Fond sözçüsü deyib ki, sabit vergi ödəyiciləri gəlirlərini təsdiq edə bilmədiklərinə görə, uzun müddətə ödəmə imkanı ilə mənzil sahibi olmaq və ya yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün heç bir imkandan – ipoteka kreditlərindən və ya oxşar məhsullardan istifadə edə bilmirlər: “Həmin şəxslərə münasibətdə gəlirlərin müəyyən edilməsi üçün yeni yanaşma tətbiq edilməklə dövlət tərəfindən imkan yaradılır ki, həmin şəxslər də kirayə mənzil mexanizmindən faydalanmaqla mənzil sahibi olsunlar. Yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, sabit vergi ödəyicilərinin orta aylıq gəliri onların fəaliyyət göstərdikləri müddətə uyğun olaraq minimum aylıq əmək haqqının müvafiq mislinə uyğun hesablanacaq. Yəni:
6 aydan 1 ilə kimi fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri - minimum aylıq əmək haqqının 2 mislinə (məbləğlə 500 manata);
1 ildən 3 ilə kimi fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri - minimum aylıq əmək haqqının 4 mislinə (məbləğlə 1000 manata);
3 ildən yuxarı fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri isə - minimum aylıq əmək haqqının 6 mislinə (məbləğlə 1500 manata) bərabər olacaq”.
Laçınzadə kirayə mənzil mexanizmində digər yeniliyin şərtlərin sadələşdirilməsi ilə bağlı olduğunu bildirib: “Dəyişikliyə əsasən, ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək. Ötən müddət ərzində təcrübə onu göstərdi ki, gəlirləri kifayət qədər olmayan ərizəçi rəsmi gəlirləri olan ailə üzvü ilə birgə müraciət etdikdə və ailə üzvünün yaşı yuxarı olduqda ərizəçiyə kirayə müqaviləsi üzrə ailə üzvünün yaşına uyğun olaraq az müddət təyin olurdu. Müddət az olduğu üçün aylıq ödənişin məbləği artırdı və bu da ərizəçinin ödəmə qabiliyyətinə təsir edirdi”.
“Bütün bu hallar təhlil edildi və vətəndaşların tələbi nəzərə alınaraq bu qaydaya dəyişiklik tətbiq olundu. Artıq yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə kirayə müqaviləsi üçün maksimal müddət onun öz yaşına uyğun olaraq təyin ediləcək. Bununla da daha çox şəxs layihədən faydalanmaqla mənzil şəraitini yaxşılaşdıra biləcək”, - deyə İKZF təmsilçisi vurğulayıb.
O, digər dəyişikliyin gəlirlərin qiymətləndirilməsi ilə bağlı olduğunu qeyd edib: “Əvvəlki qaydaya görə, ərizəçinin kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün onun kredit tarixçəsinin müddəti ən azı 12 ay olmalı, son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmamalı və ya bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olmamalı idi. Yeni qaydaya görə isə, artıq ərizəçinin kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmamasi tələb olunmur”.
Yenilikləri "Mediatv.az"-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov dəyişiklikləri təqdir etsə də, daha bir neçə güzəştin mümkünlüyünü də istisna etmir: “Hazırkı qanunvericiliyə görə, tərəflər arasında müqavilə bağlanır. Əgər kirayəçi 60 gündən artıq aylıq ödənişini gecikdirirsə, müqaviləyə xitam verilir. Mən müddətin çox az olduğunu düşünürəm. İnsan hər hansı səbəbdən gecikmə edə bilər, ilk dəfə üçün bunu ən azı 90 gün etmək lazımdır. İlk dəfə olmasa belə, bir dəfə hansısa bir məqamda 90 və ya 100 gün vaxt vermək lazımdır. Çünki elə bir vəziyyət yarana bilər ki, 60 gün yetərsiz olar. Birinci bu hissədə dəyişikliyin edilməsini təklif edərdim”.
“İkincisi, ailə üzvünün həbsi ilə bağlı məsələdir. Vətəndaşın atası qəza törədə bilər və kimsə xəsarət ala bilər və yaxud da cinayət tərkibi olmayan inzibati bir həbs yaşaya bilər. Bu, o demək deyil ki, onun övladı bu hüququndan istifadə etməməlidir. Şərtlərə əlavə etdikləri bu bənd də çox absurddur”, - həmsöhbətimiz deyib.
“Üçünücüsü, 3 ildən sonra ediləcək güzəştlərlə bağlıdır. 3 ilə qədər mütləq şəkildə kirayə qalmalısan, yəni alqı-satqı edə bilməzsən, yalnız üç ildən sonra sata bilərsən. Amma 3 il ərzində hər ay ödənişi etməlisən. Əgər mən evin bütöv pulunu ödəyirimsə, o zaman mənə nə güzəşt ediləcək? Şərtlərin daxilində bu barədə məlumat yoxdur. Bircə onu deyirlər ki, bu, müqavilədə nəzərə alınacaq. Sadəcə olaraq hansı güzəştlərin olunacağını əvvəlcədən elan etsələr, yaxşı olardı. Əgər bunu müqavilədə qeyd edirlərsə, görünür ki, güzəştlər çox bəsit formada olacaq”, - deyə o bildirib.
Əmirov dördüncü məqamı da diqqətə çatdırıb: “Bu, maksimum yaş həddi ilə bağlıdır. Burada son yaş həddi olaraq 63 yaş götürüblər. Son ödənişi etdiyi zaman vətəndaşın 63 yaşı olmalıdır. Bir sözlə, 43 yaşlı bir insan belə bir mənzil almaq istəyirsə, onun ödənişini 20 il ərzində aylara böləcək. Çünki 63 yaşında artıq sonuncu ayın ödənişini etməlidir. 63 yaşın ən azı 65-ə qaldırılması labüddür”.
Ekspert əlavə edib ki, şərtlər içərisində kirayəçi mənzili geri qaytarmaq istəsə, ona ödənişin geri qaytarılmayacağı barədə bənd mövcuddur: “Fonda ödənilmiş pul geri qaytarılmır. Bu yanaşma da yanlışdır. Fond həmin öhdəliyi öz üzərinə götürə bilər. Mənzili sata bilər və vətəndaşın ödədiyi pulu vətəndaşın özünə qaytara bilər”.
İqtisadçı ilkin ödənişlə bağlı məsələyə də toxunub: “İlkin ödəniş olaraq 12 aylığın kirayə ödənişi nəzərdə tutulub. İlkin ödənişin məbləği də çoxdur. Kirayə ödənişi etmək üçün ortalama 6 ay kifayət edir. Amma şərtlər bir ili tələb edir. Faizlərin çoxluğu, ödənişin çoxluğu aztəminatlı ailələrə bu cür mənzilləri əldə etməyə imkan verməyəcək. Bu, belə də davam edəcək. Avropada minimum 1, maksimum 4 faiz arasında qiymətlər dəyişir. Bizdə isə güzəştli kreditlər 4 faizdən başlayır. Müxtəlif güzəştli təbəqəyə aid olan vətəndaşlar ipotekanı 4 faizlə götürə bilər. İstər bu cür mənzilləri “sosial ev” adlandırsınlar, istər “aztəminatlılar üçün əlverişli ev”, “kirayə mexanizmi ilə satılan mənzil”, adlandırsınlar – fərqi yoxdur, mənzil bazarında bəlli bir minimum qiymət həddi var. Ondan aşağı mənzil təklifi mümkün deyil. Buna görə də aztəminatlı ailələr üçün sevinc dalğası uzun sürmür. Şərtləri incələyəndən sonra kənarda qaldığını görüb məyus olur”.
“Bu konteksdə mən İKZF-in kirayə mənzillər təklif etməsini digər hallardan daha əlverişli hesab edirəm. Yetər ki, bir neçə gün əvvəl edilmiş dəyişiklərə daha bir neçəsi əlavə edilsin. Bəzən elə şərtlərə rast gəlirik ki, bu, Fondun gəlirlərinə mənfi təsir etmir, heç ciddi risk faktoru da hesab edilə bilməz, amma şərt olaraq saxlanılır. Halbuki bu şərtlər minlərlə ailənin qarşısında ciddi maneə yaradır”, - deyə Əmirov fikrini yekunlaşdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024