Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-03-2021, 13:10)
Boynumuza asılan karantin ipi: "Sərtləşdirilərsə, intiharlar 50 faiz artacaq" - PSİXOLOQ

 Bu gün 16:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir. Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd olunur.

Bununla bağlı artıq günlərdir sosial şəbəkələrdə davamlı olaraq, paylaşımlar edilir, insanları bir növ öncədən sərt karantinlə bağlı veriləcək qərarlara alışdırmağa çalışırlar. Lakin insanlar da öz növbəsində "Sərt karantinə yox deyək", "Sərt karantin olmasın" həştəqli paylaşımları ilə diqqət çəkir. Çünki son 1 ildə ölkədə epidemioloji vəziyyətlə bağlı verilən qərarlardan insanlar həqiqətən bezib və yorulub.

Sərt karantinə gedib, 1 ay sonra yenidən qərarlarda yumşalmatmalar tətbiq etmək cəmiyyətdə natamamlıq duyğusunu formalaşdırıb və bu natamamlıq duyğusu da öz mənfi təsirlərini açıq-aşkar göstərir. İstər boşanmaların, istər intiharların, istərsə də cinayət hadisələrinin artan dinamikayla davam etməsi bunu göstərir.

Sadəcə son 1 ildəki intiharlar statistikasına nəzər yetirsək, bunu aydın sezərik. Ötən il 597 nəfər canına qəsd edib, təkcə carı ilin yanvar ayında isə 33 nəfər həyatına son qoyub. Pandemiya ilə əlaqədar bütün dünya ölkələri üzrə intiharların sayının artacağı əvvəlcədən gözlənilən idi. Lakin hələ ilin başlanğıcında bu qədər böyük rəqəmlərin olması cəmiyyət üçün ciddi siqnaldır. İstənilən saytın axtarış bölməsində "intihar" sözünü yazsaq, demək olar ki, hər gün 1 intihar hadisəsinin baş verdiyini görərik.

Çünki karantinlə əlaqədər işini itirən, maddi durumu ağırlaşan, həyatını istədiyi düzənə sala bilməyən, evəq apanıb qalan insanlar çıxış yolunu intiharlarda görməyə başlayıblar. Virusdan yoluxma və ölüm artmasın deyə verdikləri sərt qərarlar insanların boğazından ip olub asılır, nəticə etibarilə yenə də cəmiyyət itirir.

Maraqlıdır ki, sərt karantinin ölümə aparmaması üçün nələr etmək lazımdır və cəmiyyət bu bəladan necə qurtulmalıdır?

"HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu "Mediatv.az"-a intiharların sərt karantinlə birbaşa əlaqəsindən danışıb:

"Ölkədə son 1 il ərzində olan hadisələrin intiharlarla ciddi əlaqəsi var, xüsusilə də karantinin. Çünki karantin insanlarda qeyri-müəyyənlik yaradır. İnsanların bəlli bir planlaması olduğu zaman rahat olur və o planlamanı edə bilməyəndə, özünə yüklənir. Yüklənmə davam etdikcə, sinir sistemini çökdürür və psixoloji immunitet aşağı düşəndə, insan affekt vəziyyətində intihar edə bilir. Sərt karantinin isə intiharlarla birbaşa əlaqəsi var.

Birmənalı şəkildə belədir. Səbəb təkcə maddi sıxıntılar da deyil, həm də insanların gələcəklə bağlı ümidlərinin olmamasıdır.

Sərt karantinlə bağlı qərarlar, sərt karantinin nə zaman bitəcəyinin bəlli olmaması insanların gələcəklə bağlı hədəflərinə kölgə salır. Planlama da qura bilməyəndən sonra xaotik düşüncələr yaranır və insan beyni elə funksional sistemə malikdir ki, bu xaosa dözə bilmir. Maksimum dərəcədə özü üçün bir yol cızmalıdır və insan bir şəkildə o yolla irəliləməlidir. İrəliləyə, düşdüyü xosada nə edəcəyini bilməyəndə, çıxış yolunu intiharda görür. Yəni ölmək yaşamaqdan daha asan gəlməyə başlayır. Bu zaman da intiharların sayı artır".

Psixoloqun fikrincə, sərt karantinin davamlı hal alması intiharların sayını bu il 50 faizdən çox artıracaq:

"Bu gün ailədaxili münaqişələr, fikir ayrılıqlarının yaranması, boşanmaların artması da karantində sürətlənən proseslərdir. Dolaysı ilə ayrılıqlara dözməyən insanlar da intihar edir. Karantin dönəmində bir çox insan iş yerini itirdi. Buna hazır olmayan ailə təzyiqə, bir-birini günahlandırmağa başladı. Bu da psixoloji bitkinlik yaratdı, nəticə etibarilə də bu gün o bitkinliyin sıxıntısını yaşayırıq.

Bizi 2021-ci ildə də çətinliklər gözləyir. Yaranan durum, karantin qaydalarının sərtləşdirilməsi intiharları, cinayət hadisələrini, boşanmaları artıracaq. Çünki bu gün bu problemlərə qarşı kompleks tədbir görülmür. Karantinin yenidən elan edilməsi və davamlı hal alması ilə intiharların sayı yaxın müddətdə 50 faizdən çox artacaq.

İntihar edənlərin əksəriyyətini isə gənclər təşkil edəcək. Çünki karantinin davamlı hal alması, tez-tez qapanmalara gedilməsi ən çox gəncləri təsir altına salır. Gənclər daha çox stress çəkdiyi üçün intiharların bu qrup yaş üzərində təsiri real görünür".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024