Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (2-03-2021, 22:52)
Deputatın oğlunun adına şirkətlər üzə çıxdı - SƏNƏD

Deputatın oğlunun adına şirkətlər üzə çıxdı - SƏNƏD

"Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da..." Bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

"Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı. O zaman Londondakı Regent"s Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.

Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir.

Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.

TİLLCROFT VENTURES L.P. beynəlxalq ticarət və maliyyə şirkətinin (qeydiyyat nömrəsi: SL007408) bu ilin mayında reyestrə daxil edilmiş sənədlərində də Kamal Hacıyevin adı keçir.

Offşor şifkətlər üzərindən Britaniya Krallığında, Edinburqda 2009-cu ilin noyabrın 24-də təsis edilən WESTABBEY CONSULTANTS L.P. (qeydiyyat nömrəsi: SL007506) şirkəti də ticarət və investisiya sahəsində fəaliyyət göstərir.

Həmin il London yaxınlığındakı kiçik Elstree şəhərində daha bir şirkət UNICOAL LLP (qeydiyyat nömrəsi: OC343245) təsis edilib. Sənədlərdə şirkətin hüquqi ünvanı Nicholas Close küçəsi 1 kimi qeyd olunub. Lakin 4 il sonra, yəni 2015-ci il noyabrın 15-də şirkət ləğv edilib. 2012-ci ilin fevralında təqdim edilmiş maliyyə hesabatına görə şirkətin dövriyyəsi 4 milyon 352 min 771 dollar təşkil edib.

Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun araşdırmasına görə Kamal Hacıyev Maltada daha bir şirkətin təsisçilərindən biridir və direktor vəzifəsini icra edir. LENSTOR ENTERPRISES LTD Maltada 2008-ci il oktyabrın 14-dən SAN GWANN, CAPITAL BUSINESS CENTRE-də (qeydiyyat nömrəsi: C45347) fəaliyyət göstərir. Bu adda daha bir şirkət Türkmənistanda deputatın qudası, işadamı Bəylər Məmmədovun direktorluğu ilə fəaliyyət göstərir.

İşadamı ötən ilin noyabrında Londonda da ticarət şirkəti açmışdı. Kamal Hacıyevin həyat yoldaşının da şərik olduğu OC424907 LLP (ilk adı LENSTOR TRADING LLP) bu ilin avqustun 13-də qapadılıb. Cənab Məmmədov Belizedə qeydiyyatdan keçmiş şirkətlər üzərindən Londonda LENSTOR TRADING LLP adı ilə daha bir şirkəti ötən il dekabrın 10-da qeydiyyatdan keçirib. Bu şirkətin təsis olunmasında Bəylər Məmmədovun Dubaydakı MBF GROUP DWC-LLC şirkəti də iştirak edib.

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin köməkçisi Anar Cabbarov bildirib ki, Sabir Haciyevin ailə üzvləri heç bir dövlət təşkilatında çalışmır: "Sabir müəllimin nə Azərbaycanda, nə də ki xarici dövlətlərdə heç bir şirkəti yoxdur. Sabir müəllim ümumiyyətlə bizneslə məşğul olmur" - C.Həsənli qeyd edib. 

 Fotoları təqdim edirik:

sabir2sabir3sabir4sabir5

sabir6

sabir7

sabir8

sabir10

sabir11

sabir12

sabir13

sabir14

sabir16

sabir17

sabir18

sabir19

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024