Cəmiyyət (26-08-2019, 13:30)
Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür
Azərbaycanda doppler radar müşahidə sisteminin tətbiqinə başlanılır.
Mediatv.az-ın məlumatına görə, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “Vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometeorologiya Xidmətinin işini asanlaşdıracaq:
"Doppler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sistemin alternativi yoxdur.
Qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək bu sistem sayəsində 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış daha dəqiq verilməsini təmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı proseslər qeydə alınacaq".
U.Tağıyeva qeyd edib ki, doppler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:
"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Yəni dəqiqliyi təmin etmək üçün iki doppler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".
"Baron" şirkətinin nümayəndəsi Brian Bellev isə bildirib ki, bu sistem meteoroloji prosesləri və bulud sistemlərini 3D formatında vizuallaşdırmağa imkan verir:
"Digər sistemlər buna imkan vermir. Biz dünyada ən qabaqcıl radar sistemini istehsal edirik. Doppler radar sistemlərimizlə ölkədə bütün hidrometeoroloji müşahidə sistemi vahid şəbəkədə birləşdirmək imkanı yaradırıq".
O deyib ki, bu sistem vasitəsilə iki saat qabaqcadan yağıntının, dolunun neçə milli metr düşməsi ehtimalını təxmin etmək olacaq.
Qeyd edək ki, "Baron" radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024