Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-07-2019, 16:24)
Milli Hidrometeorologiya Departamentində nələr baş verir?

 
Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son bir il ərzində hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, hidrometeorologiya fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Ələlxüsus da, cənab Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin olunandan sonra Nazirliyin bütün struktur vahidlərində olduğu kimi, Milli Hidrometeorologiya Departamentinin də fəaliyyətində ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Təcrübəli hidrometeoroloq Umayra Tağıyevin Departamentə direktor vəzifəsinə irəli çəkilməsi Xidmətin işində müsbət istiqamətə əhəmiyyətli dönüş yaratmışdır. Yeni rəhbərlik hidrometeoroloji məlumatların milli, regional və beynəlxalq səviyyədə mübadiləsinin avtomatlaşdırılmış şəkildə təmin edilməsi, hidrometeoroloji xidmətin operativ həyata keçirilməsi, məlumatların təhlili sisteminin təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən hidrometeoroloji xidmətin keyfiyyəti yaxşılaşdırılması, hidrometeoroloji şəbəkənin inkişaf etdirilməsi və modernləşdirilməsi, hidrometeoroloji müşahidə şəbəkəsinin optimallaşdırılması kimi vacib vəzifələrin öhdəsindən daha layiqlə gəlinməsi üçün ilk növbədə, ixtisaslı kadrlara meydan verilməsi, nizam-intizam məsələlərinə, işə qəbulda şəffaflığın təmin olunmasına önəm verir ki, bu da təqdir olunasıdır.Mediatv.az-a daxil olmuş məlumata görə Umayra Tağıyeva Departament direktoru təyin olunduqdan sonra yaxın 2-3 il üçün konsepsiya və istiqamətlət üzrə investisiya lahiyələri təsdiq olmuşdur. Əli korrupsiyaya bulaşmış, işi necə deyərlər, "yola verən" məmurlar vəzifədən kənarlaşdırılmış, bəziləri hətta məsuliyyətə də cəlb olunmuşlar.  Lakin, çox təəssüflər olsun ki,Milli Hidrometeorologiya Departamentində mühüm postları "bron" etmiş, "bütləşmiş", fəaliyyətləri (fəaliyyətsizlikləri) ilə ümumi işi axsadan bəzi məmurlar hələ də iş başındadırlar. Belələrindən biri də Milli Hidrometeorologiya Departamentinin direktor müavini İmran Əbdulovdur.Verilən məlumata görə Departamentdə İmran Əbdülov,təsərrüfat müdiri Mais İsmayılov və baş mühasib İlqar Hacıyevdən ibarət üçlük, rəhbər şəxsləri şantaj etmək üçün daima birgə fəaliyyət gösdərişb.Təsərrüfat müdiri Mais İsmayılov və baş mühasib İlqar Hacıyev vəzifəsindən kənarlaşdırılıb.Lakin İmran Əbdülov isə işlədiyi müddətdə  Departamentin bir neçə rəhbərini  vəzifədən yola salsa da, amma özü "sudan quru çıxmağı" bacarıb. 2018-ci ilin sonuna yaxın Departamentin fəaliyyətinin son 3 ilini əhatə edən daxili audit yoxlamasında aşkar olunan ən ciddi nöqsanlardan biri də məhz kadr və intizam müstəvisindəki bərbad vəziyyət olub ki, bu sahəyə də cavabdeh vəzifəli şəxs kimi məhz cənab İmran Əbdülov tanınır. Mediatv.az saytına verilən məlumata görə, Əbdülovun bunca səhlənkarlığa (yumşaq ifadədir-red.) yol verməsinin əsas səbəbi kimi onun içkiyə qurşanması, eyş-işrət düşkünü olması göstərilir.Daxil olmuş məlumata görə İmran Əbdülov daha böyük ambisiyalarla yaşayır,tabeli qurumlarda iradəcə nisbətən zəif əməkdaşlar taparaq yerli-yersiz danoslar toplayır ki bu da şəbəkə rəhbərlərini "sıxışdırmağa" hesablanıb.Belə hərəkətə vəzifəsindən sui-istifadədən başqa ad vermək olmaz. Yeri gəlmişkən,onun mötədil maaşı ilə belə izafi məsrəflərə yol verməsi də xərclədiyi pulun mənbəyi barədə ciddi şübhələr doğurur. Ümid edirik ki, bu yazıdan sonra ona butılka ilə vicdanlı xidmət arasında qəti seçim etməyin vacibliyi barədə Nazirlik səviyyəsində çox ciddi ölçü götrüləcəkdir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025