Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-08-2019, 13:30)
Avtomobilə səsgücləndirici quraşdıranlara - XƏBƏRDARLIQ

 Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla səsin süni şəkildə artırılması halları artıb.
Mediatv.az-ın məlumatına görə, şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur:
"Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur".
O vurğulayıb ki, cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakı olmalıdır:
"Hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səsgücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın.
Mən də bir paytaxt sakini kimi elə hallara qarşı olduğumu demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, tədbirlərdə istifadə olunsun".
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024