Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-09-2014, 14:21)
Toy kortejləri yığışdırıla bilər

Azərbaycanda toy mərasimlərində israfçılıq hallarının qarşısının alınması məsələsi günün aktual mövzusuna çevrilib

 

Günlərdir bu məsələ müzakirə olunur, millət vəkilləri, ictimaiyyət nümayəndələri toy məclislərində israfçılıq hallarının qarşısını almaq üçün təkliflərlə çıxış ediblər.
Hətta bununla bağlı fikir bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı qanun layihəsinin hazırlanacağını diqqətə çatdırıb.
Azərbaycanda toy şənliklərinin təşkilində azadlıq verilsə də dünya təcrübəsində vəziyyət tam fərqldiir. 
Məsələn, Tacikistanda toy mərasimlərinə çəkilən xərclər, toy kortejindəki maşınların sayı ilə bağlı müəyyən məhdiyyət mövcuddur. Bu ölkədə toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir. 
Bizdə isə Tacikistandan fərqli olaraq toy şənliklərinə çəkilən xərclər bir yana, toy üçün təşkil olunan kortejlərin ucu-bucağı görünmür. Bölgələrlə müqayisədə paytaxt Bakıda onlarla maşının qoşulduğu toy karvanları kənarda nə qədər xoş təsir bağışlasa da bir o qədər problemlər yaradır. Mətbuat səhifələrindən izlədiyimiz kimi, toy kortejlərində “avtoşluq” edərək yol hərəkəti qaydaları pozanlar az deyil. Bundan əlavə toy karvanlarında baş verən qəzalar, ölüm halları da diqqətdən yayınmır. 
Bu baxımdan Azərbaycanda, xüsusilə Bakıda toy karvanlarına nəzarət toy mərasimlərinə məhdudiyyət qoyulması qədər vacib və əhəmiyyətli məsələdir. Bəzi millət vəkilləri hesab edirlər ki, toy mərasimlərinə məhdudiyyət qoyulduğu kimi, dəbdəbəli toy kortejləri də yığışdırılmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, toy kortejlərində çox sayda avtomobilin olmasını kiməsə qadağan etmək mümkün deyil, sadəcə toy sahiblərinə qayda-qanunlara riayət etmək barədə xəbərdarlıq edilə bilər.
“Biz kiməsə toy karvanında üç və ya beş avtomobildən istifadə etməsini deyə bilmərik. Sadəcə biz əhaliyə səslənmişik ki, bu məsələyə bir qədər düşünülmüş yanaşsınlar. Toyların başlaması çox zaman pik saatlara təsadüf edir və camaatın işdən çıxan vaxtına təsadüf etdiyindən toy karvanlarında avtomobillərin sayını minimuma endirməyi tövsiyyə etmişik. Sözsüz ki, toy kortejində avtomobillərin sayının çox olması digər nəqliyyatın hərəkətinə mane olur. Həmin şəxlərin özləri də normal hərəkət edə bilmirlər. Belə ki, şəhər daxilində bir-birini gözləmək və yaxud da ardıcıl getmək istəmələri mümkün olmur”. 
Şöbə rəisi qeyd edib ki, toy kortejində olan avtomobillər qanun pozuntusuna yol verərsə dərhal saxlanacaq: 
“Hazırda avtomobil nömrələrinin üstünün tutulması, nömrənin dəyişdirilməsi və saxtalaşdırılması faktları aşkar olunarsa, toy karvanında olsa belə, həmin avtomobillərin sürücüləri saxlanılır və barələrində müvafiq tədbir görülür. Sürücülər sürət həddinin aşılması və qayda pozuntusu ilə bağlı nəzərə almalıdır ki, bu gün şəhərdə yol-patrux xidməti inspektorlarından əlavə avtomatik rejimdə işləyən xüsusi ölçü cihazları vasitəsilə də qayda pozuntuları qeydə alınır. O sürücülər şəhərdə toy karvanlarında getmələrinə baxmayaraq qayda pozurlarsa, həmin xüsusi texniki vasitələrin köməyi ilə onların qayda pozuntusu qeydə alınır”.
Xatırladaq ki, 2013-cü ildə Bakıda "toy karvanları"ndakı avtomobillərin iştirakı ilə 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov toy karvanlarında qeydə alınan xoşagəlməz hadisələrdən gileylənib.
DYP rəsmisi bildirib ki, xüsusilə axşam saatlarında "toy karvanları"nda iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq saraylarının qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması daha çox müşahidə edilir: 
"Belə neqativ hallar əhalinin narahatlığı və narazılığına səbəb olur. Ona görə də "toy karvanları"nda iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində "toy karvanları"nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq, qayda pozucuları qanunverciliyin tələblərinə uyğun şəkildə cəzalanacaqlar. Xahiş edirik, bəy-gəlinin xoşbəxtliyinə qanqaraçılıq qatmasınlar və başqalarının bədbəxtliyinə gətirib çıxaran hadisələrə rəvac verməsinlər".
V.Əsədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edərək "toy karvanları"nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: 

 

"Axı avtomobillərin sayının çox olması yeni evlənənlərin nə sevgisini artıracaq, nə də onları xoşbəxt edəcək".(azvision.az)
шаблоны для dle 11.2

Xəbər lenti
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024