Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-07-2016, 22:27)
MMC-nin fəaliyyətini Dövlət Gömrük Komitəsinin sədri kurasiya edir

Erməni əsilli iş adamı ilə əlaqələrini genişləndirən Əbülfəz Məlikovun çəkindiyi yeganə şəxs Aydın Əliyevdir

Bu gün ölkənin gömrük sistemində bir sıra problemlər müşahidə olunur. Ki, bunun da başlıca səbəbi kimi Əbülfəz Məlikovun sədri olduğu "Broker" MMC tərəfindən yol verilən neqativ hallar göstərilməkdədir. Əldə etdiyimiz bilgilərə görə, 2006-cı ildən etibarən gömrük brokeri qismində fəaliyyətə başlayan "Broker" MMC gömrük ərazisində rəsmiləşdirmə ilə yanaşı, gömrük rüsumlarını, həmçinin yüklərin rəsmiləşdirilməsi ilə bağlı digər ödənişləri əvvəlcədən hesablamaqla məşğuldur.

Gömrük brokerinin fəaliyyətinin gömrük sərhədi vasitəsi ilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, "Broker" MMC-nin sədri Əbülfəz Məlikov son zamanlar erməni əsilli Suren Ovanesiyanla biznes əlaqələrini daha da genişləndirib: "Deyilənlərə görə, Əbülfəz Məlikov Suren Ovanesiyanla ölkəyə ərzaq və digər yeyinti məhsullarının gətirilməsi sahəsində iş birliyi edir. Bundan başqa, "Broker" MMC kimi tanınan, rəsmi sənədlərdə isə "Trans Broker" MMC kimi qeydiyyatdan keçən qurum artıq neçə ildir ki, iş adamlarının, sahibkarların kabusuna çevrilib. Belə ki, MMC bir tərəfdən sahibkarlara əlavə problemlər yaratmaqla, digər tərəfdən isə büdcəyə çatmalı olan vəsaitlərin təyinatdan xərəc istiqamətlərə yönəldilməsinə şərait yaratmaqla məşğuldur. Misal kimi iş adamı Nisbət Fərhadovanın başına gələn olayı qeyd etmək olar". Nəzərinizə çatdıraq ki, iş adamı Nisbət Fərhadovanın İrandan Azərbaycana gətirdiyi tikinti materiallarının ölkəyə buraxılmasında ciddi əngəllər yaradılıb. Səbəb isə onun irəli sürülən "tələb"ləri yerinə yetirə bilməməsidir. Bu səbəbdən də bir müddət əvvəl xanım sahibkar üzləşdiyi problemlə bağlı ölkə başçısına və digər müvafiq qurumlara müraciət edib. İş adamı müraciətində yazıb ki, rəsmi qeydiyyatdan keçirdiyi "Akşin" MMC uzun müddətdir xaricdən ölkəyə tikinti materiallarının - keramik, qranit və mərmər idxalı ilə məşğuldur: "İranda fəaliyyət göstərən "Vecdi Treving" şirkəti ilə müqavilə bağlayaraq, onlardan yuxarıda adlarını qeyd etdiyim məhsulları sifariş edib ölkəyə gətiririk. Bir müddətdir bu işlə məşğuluq. Əvvəllər 16 yük maşınında, hərəsində 28 ton yük olmaqla ölkəyə qranit, mərmər, keramika gətirmişik. Hər bir maşın yük üçün rəsmi dövlət rüsumu 2400 manatdır. Amma bizdən əlavə olaraq 6-7 min manat da "haqq" alınıb. Birtəhər bu məbləği düzəldib verirdik. Sonuncu dəfə 25 fevral 2013-cü ildə ölkəyə yük gətirmək istədik. Bu dəfə bizdən hər maşın üçün 12 min manat pul tələb etdilər. Dedilər ki, qiymət artırılıb, istəyirsiniz bu qədər verin keçirək, istəmirsiniz malınız qalsın burda, ya da qaytarın geri. Biz artıq İrandakı şirkətə sifariş vermişdik deyə, onlar yükü göndərməkdə davam etdilər. Ümumilikdə məndən malları buraxmaq üçün 250 min manat pul tələb edirlər. Mən həmin malları ölkəyə gətirib satsam, heç tələb olunan məbləğin yarısı qədər qazanc əldə edə bilmirəm. Dərdimi kimə deyim bilmirəm. Üst-üstə 6500 kvadratmetr keramik-qrant, 6500 kvadratmetr mərmər, 7000 kvadratmetr isə travertin adlı tikinti materialımız gömrükdə qalmaqdadır". Gömrükdə "haqq" yığma işinə Əbülfəz Məlikovun sədri olduğu MMC-nin baxdığını deyən məlumatlı şəxs iddia edir ki, "Broker"in əməkdaşlarının bir qismi "dəlilik kağızı"na sahibdir: "Deyilənlərə görə, "Broker" MMC-nin fəaliyyətini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev kurasiya edir. Elə bu səbəbdən də Əbülfəz Məlikovun çəkindiyi yeganə adam məhz komitə sədridir. Onu da qeyd edim ki, brokerlər ölkəyə daxil olan hər bir yükə müdaxilə edir, xərac toplanır və məlumatlar Dövlət Gömrük Komitəsinə ötürülür. Brokerlərin icazəsi olmadan ölkəyə bir çöp belə, keçirmək mümkün deyil. "Gömrük brokeri haqqında" Əsasnamədə deyilir ki, gömrük brokerinin fəaliyyəti sahibkarın malının rəsmiləşdirilməsi işində gömrük işçiləri ilə mal sahibi arasında vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Vəssalam. "Broker" MMC isə açıq-aşkar şəkildə sahibkarlara süni problemlər yaradır, onların əlavə xərcə düşməsinə səbəb olur".

Mənbənin sözlərinə görə, son dövrlər Əbülfəz Məlikovun sədri olduğu MMC-nin əməkdaşları sahibkarların ölkəyə müxtəlif adda məhsulları gətirməsini belə, yasaqlamağa başlayıblar: "Nəzərinizə çatdırım ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən "Broker" MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. "Broker" MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70 faizini əvvəlcədən onlara verməyə məcbur edir. MMC-nin iş prinsipi, yəni sahibkarlardan "haqq" yığma üsülü da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün təxminən, 3000 nəfər işçisi varsa, "Broker" MMC-nin 5 minə yaxın əməkdaşı var. Onlara Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara "tarif"lər tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə "Broker" MMC vasitəsi ilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 manat arası "paket" verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq "paket" alırlar".

Əldə etdiyimiz digər informasiyada isə "Broker" MMC-nin sədri Əbülfəz Məlikovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli şəxs olduğu deyilir. MMC rəhbərinin arxasında bir neçə nüfuzlu şəxsin durduğunu iddia edən mənbə bildirir ki, brokerlər iş adamlarını cinayətə, yəni gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə vadar edirlər: "Əgər əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın vergisini nəğd ödəməlidir. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca "hörmət" kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar "Broker" MMC-nin qaydaları ilə razılaşmağa, malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar. Bundan başqa iş adamları iddia edirlər ki, invoys dəyəri 100 min dollar olan mal "Broker" MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min dolların gömrük rüsumu və ƏDV-si daxil olur. Odur ki, nə kassa-mədaxil orderi, nə də qəbz verən "Broker" MMC faktiki olaraq, gömrük sahəsində dövlət komitəsindən daha səlahiyyətli qurumdur. Bu səbəbdən də yaxınları və işçiləri Əbülfəz Məlikovu "cənab nazir" deyə çağırırlar. Çünki hazırda onun səlahiyyətləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdən az deyil.

Doğrudur, bir müddət əvvəl MMC sədri buraxdığı kobud səhv ucbatından parfümeriya və elektronika sahəsini əlindən versə də, digər gəlirli sahələr hələ də Əbülfəz Məlikovun nəzarətindədir". Məlumatlı şəxsin sözlərinə görə, "Broker" MMC ümumi, rəqəmsal texnologiyalara aid olan mallar üzərində nəzarət, avtomobil ehtiyat hissələrinin idxalı üzərindəki nəzarəti gerçəkləşdirən şöbə, mebel və ev əşyalarının idaxalına nəzarət edən şöbə, parfümeriya, kimyəvi məhsulların idxalına nəzarət şöbəsi (bu şöbə MMC-nin daxilində olsa da, rəhbərlik Əbülfəz Məlikovdan alınıb və o, bu şöbənin fəaliyyətinə qarışa bilmir), elektronika, məişət avadanlığınin idxalına nəzarət şöbəsi (bu şöbə də MMC-nin daxilində olsa da, rəhbərlik Əbülfəz Məlikovdan alınıb və o, bu şöbənin fəaliyyətinə qarışa bilmir), dərman preparatlarının idxalına nəzarət edən və qızıl, qiymətli daşlarin ölkəyə gətirilməsinə nəzarət edən şöbələrdən ibarətdir: "Bu şöbələrin broker əməkdaşları özlərinə aid malların aktlaşdırılması ilə məşğuldurlar. Aktlaşdırılma prosesi çox diqqətlə və detallı şəkildə həyata keçirilir. İnhisar altındakı hər hansı bir məhsulu ölkəyə "icazəsiz" gətirmək "cinayət" sayılır və heç bir sənəd-sübut təqdim edilmədən "müsadirə" olunaraq xüsusi gömrük anbarına yerləşdirilərək buradan satılır. İnhisarda olan məhsulu icazəsiz ölkəyə gətirən iş adamı isə böyük məbləğdə pul ödəyərək, biznes fəaliyyətini davam etdirmək məcburiyyətində qalır. "Cəriməni" ödəmədiyi təqdirdə isə onun ümumiyyətlə ölkəyə gətirməsi birdəfəlik qadağan olunur". Bütün bunlar bir daha onu deməyə əsas verir ki, nüfuzlu şəxslərin himayəsinə arxalanan "Broker" MMC-nin sədri Əbülfəz Məlikov iş adamlarına, sahibkarlara əlavə problemlər yaratmaqla, onları əsassız yerə xərcə salmaqla yanaşı, gömrük vergilərinin tam şəkildə dövlət büdcəsinə getməsinə də maneçilik törədir…

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Əbülfəz müəllimə bir sual vermək istəyirəm. Görəsən, adam evində erməni saxlayar və ya Mahmud kim tərəfindən maliyyələşir?

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025