Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-11-2016, 22:21)
Səfər Mehdiyev Kəmaləddin Heydərovun “milyarder brokerçi”sini ölkədən qovdu

Səfər Mehdiyev Kəmaləddin Heydərovun “milyarder brokerçi”sini ölkədən qovdu

Trans Broker” MMC-nin rəhbəri, yağ məsulları və avtomobil hisslələrinin idxalınını monopoliyaya almış, qeyri-rəsmi milyarder Əbülfəz Məlikov artıq ölkəni tərk etməsinin gerçək səbəbləri barədə cumhuriyyet.az mediada yayılan yeni məlumatları təhlil edib. Yayılan məlumatlara görə, bu ilin yanvarına qədər Ə.Məlikov gömrük sistemində əsas söz sahibi olub: "İlin əvəllində gömrük monopoliyası ləğv edilsə də, Ə.Məlikov son vaxtlara qədər qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırdı. Hazırda Ə.Məlikov avtomobil təkərlərinin, xurma, düyü. kərə və duru yagların idxalına nəzarəti həyata keçirir. Ancaq son vaxtlar onun Gömrük Komitəsinin rəhbərliyi ilə ciddi konfliktləri olub.

 Bununla bağlı mediada yayılan məlumatlara görə, Ə.Məlikovun ölkədən qaçıran əsas amil onunla Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevlə münasibətlərinin pisləşməsidir. Həmin iddianın bir hissəsini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: "S.Mehdiyev Ə.Məlikovun imtiyazlı biznes imkanlarını qapadıb və brokerlərə yalnız qanuni funksiyaları ilə məğul olmaq tapşırılıb. Yəni indi brokerlər yalnız iş adamlarının yalnız öz istəyi ilə ölkəyə gətirdikləri malların gömrükdə rəsmiləşməsinə yardımçı ola bilərlər. İş adamları da bu məsələdə qərar qəbul etməkdə sərbəstdirlər. Eyni zamanda Ə.Məlikovun imtiyazlı biznesi ləğv edilib. Yəni gömrük rəsmiləşməsində Ə.Məlikov amili artıq nəzərə alınmır. Ə.Məlikov imtiyazları bərpa etmək üçün çoxsaylı cəhdlər etsə də, S.Mehdiyevin sərt təpkisi ilə üzləşib. Biznesinə qarşı təhlükə hiss edən Ə.Məlikov ölkəni tərk etməyə məcbur olub”.
 Eyni zamanda mediada zaman-zaman Ə.Məlikovun adı sabiq milli təhlükəsiz naziri Eldar Mahmudovla, hazırda məhkəməsi gedən, MTN generalı Akif Çovdarovla sıx münasibətlərdə hallanıb. Yayılan məlumatlara görə, Akif Çovdarovla o bir sıra iş adamlarının əmlakını əlindən alınmasında müştərək ssenari cızıblar. Çovdarovun qara siyahısında olan iş adamlarının gömrük sərhədlərində "narkotika ilə saxlanılması” işinə Ə.Məlikov rəhbərlik edib. Bu cür əməkdaşlıq müqabilində E.Mahmudovun seti baş brokerə həmişə yaşıl işıq yandırıb. Eyni zamanda E.Mahmudova yaxın şirkətlər ölkəyə gətirdiyi malllara görə gömrük rüsumu ödəməkdən qeyri-rəsmi azad ediliblər. Nəhayət, Ə.Məlikov yüksək dövriyyəsi olan iş adamları barədə Çovdarova məlumatlar ötürüb”. Məlumatlara görə, indiki vəziyyətdə Ə.Məlikovun hətta həbs edilməzk riski var. Gömrük Komitəsi ilə münasibətlərin düşmənçilik səviyyəsinə keçməsi və eyni zamanda Çovdarov seti ilə sıx münasibətlər onu biznesini Moskvaya köçürməyə vadar edib.
 Yeri gəlmişkən məlumat üçün qeyd edək ki, gömrükdə brokerlik Kəmaləddin Heydərovun nəzarətindədir. Vaxtaşırı mətbuatda adı hallanan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov "fövqəlnazir”ə yaxın şəxs sayılır. Bu şaxsin hətta Aydın Əliyevdən də səlahiyyətli olduğu barədə dəfələrlə yazılıb. Müxtəlif vaxtlarda sahibkarlar Əbülfəz Məlikovun qanunsuz əməlləri barədə mətbuata açıqlamalar versələrdə nəticəsi olmayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024