Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-11-2016, 20:14)
352 yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağdaşda vətəndaşları qəbul edib. İştirak edənlərin əksəriyyəti özəlləşdirmə və daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciət edib.

Mediatv.az-a bu barədə komitədən məlumat veriblər.

Xəbərdə deyilir ki, hərraclarda iştirak, icarədə və ya istifadədə olan kiçik dövlət obyektlərinin özəlləşdirilməsi məsələləri barədə müraciətlər də olub. Komitə sədri bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hər həftə açıq hərraclar keçirilir. Belə hərraclarda iştirak prosedurları tamamilə sadə və rahatdır, istənilən vətəndaş iştirak edərək əmlak sahibi ola bilir. Qeyd olunub ki, geniş ictimaiyyətin, yerli və xarici investorların hərraclara cəlb edilməsi məqsədilə Özəlləşdirmə Portalı da yaradılıb və istifadəyə verilib. Dövlət başçısının müvafiq fərmanı və Nazirlər Kabinetinin Sərəncamı ilə 352 yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub.

Bir neçə vətəndaş torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə müraciət edib. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq cəzaların və cərimələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, qanunsuz istifadə hallarının aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən belə torpaqlarda monitorinqlər həyata keçirilir.

Komitə sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həll olunub. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024