Karusel (Bu gün, 15:59)
FHN nazir oğlunun daha bir obyektinin istismarına icazə verdi - DETALLAR
Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan obyektin istismarına icazə verib.Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 3 405 kvadratmetr olan obyekt 2 mərtəbəli (mansardalı) binadan ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 15 yanvar 2026-cı il tarixli 10946 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, 2 mərtəbəli obyektin sifarişçisi olan Nicat Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğludur.
Nicat Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o “Gilan Holdinq” şirkətinin rəhbəridir.
Onu da bildirək ki, FHN ötən ilin iyun ayında da Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib. Bundan başqa, ötən ilin may ayında FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Tale Heydərov isə özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
27 01 2026
27 01 2026
27 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
























