Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ölkədə işsizliyin azaldılması istiqamətində əsas icraçı qurumlardan biri hesab olunur. Qurumun rəsmi internet portralına diqqət etdikdə qurumun illər ərzində saysız-hesabsız layihələr həyata keçirdiyi, bu layihələrə milyardlarla manat vəsait xərcləndiyini aşkaar görmək olur.
Qurum bu illər ərzində özünü məşğulluq proqramları, vətəndaşlara avadanlıqların verilməsi, kənd əhalisinə mal-qaranın paylanması və digər təşəbbüslər cəmiyyətə “məşğulluq siyasəti” kimi təqdim edilib. Lakin bu layihələrlə bağlı illərdir səslənən narazılıqlar, xüsusilə xəstə, qoca və ya yararsız heyvanların vətəndaşlara verilməsi ilə bağlı faktlar, prosesin effektivliyini hən də ciddi suallar altına alıb. Bu prossesdən qazanan bir qrup şəxlər, rəhbər şəxlərin dost tanışları və sairə...
Böyük struktur, qeyri-müəyyən nəticələr
Dövlət Məşğulluq Agentliyinin strukturuna nəzər saldıqda qurumun kifayət qədər geniş imkanlara malik olduğu görünür - çoxsaylı departamentlər, regional filiallar və böyük kollektiv. Bu strukturun ən diqqətçəkən bölmələrindən biri də Peşə Hazırlığı Departamentidir.
Maraqlıdır ki, Azərbaycanda yüzlərlə Peşə Təhsili Mərkəzi və məktəbi fəaliyyət göstərir və onlar Peşə Təhsili Agentliyinin nəzarətindədir. Bu halda haqlı sual yaranır.
Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamenti konkret olaraq hansı funksiyanı icra edir? Bu departamentin tabeliyində hansı mərkəzlər fəaliyyət göstərir?
Peşə məktəbləri kənarda, kurslar ön planda
Bizimesr.az-ın apardığı araşdırmalar göstərir ki, Peşə hazırlığı departamenti əslində peşə məktəbləri və peşə təhsili mərkəzləri ilə sıx əməkdaşlıq etməli, bu müəssisələri bitirən gənclərin real işlə təmin olunmasında körpü rolunu oynamalıdır.
Lakin reallıq tam fərqlidir. Departament bu əsas missiyanı faktiki olaraq kənara qoyaraq, qısamüddətli kursların təşkilinə üstünlük verir. Nəticədə peşə təhsili sistemi ilə paralel, amma ondan ayrı və bəzən də zidd bir mexanizm formalaşır.
Ödənişli və “ödənişsiz” kurslar paradoksu
Bizimesr.az-ın araşdırçaları göstərir ki, mütəmadi olaraq Bakı şəhərində fəaliyyət göstərən bir sıra Peşə Təhsili Mərkəzlərində 1 aylıq ödənişli peşə hazırlığı kursları keçirilir. Bu kursların qiyməti adətən 100 manatdan ucuz deyil və kursu bitirənlərə sertifikat təqdim olunur.
Hətta 2025-ci ildə onlarla belə kursun keçiriləcəyi rəsmi qaydada elan edilsə də, son anda bəlli olub ki, kurslar "təxirə" düşüb. Bu kurslar həqiqətənmi baş tutumayıb, yoxsa, sonradan kağız üzərində rəsmiləşərək pullar ciblərə axıb? Bu suallar ərtafında araşdırmalarımız davam edir.
Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyi eyni istiqamətdə “ödənişsiz kurslar” elan edir. Lakin əldə edilən məlumatlara görə, bu kursları bitirən şəxslər sertifikat almaq üçün 10 manat ödəniş etməyə məcbur qalırlar. Qurum isə bu faktı inkar edir və sertfikatların yalnız kursu uğurla bitirən şəxslərə verildiyini bildirir... Əcəba, kursları bitirməyən şəıxslər varmı? Agentlik kursa yazılıb, son nəticədə kursu bitirə bilməyən bi nəfər şəxsin adını göstərə bilərmi?
Burada əsas problem yalnız ödəniş məsələsi deyil.
Formal kurslar, formal nəticələr
Məlumatlı mənbələrin bildirdiyinə görə, Agentliyin keçirdiyi kurslar qeyri-ciddi şəkildə, tələsik və formal, real bacarıq qazandırmadan, yalnız “kurs keçirildi” görüntüsü yaratmaq məqsədilə təşkil olunur. Yəni əsas hədəf nəticə və məşğulluq deyil, statistik hesabatlarda “keçirilmiş kurs” sayının artırılmasıdır.
Hazırda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Peşə hazırlığı departamentinin müdiri isə Namiq Məmmədovdur.
Ortaya çıxan mənzərə isə ciddi suallar doğurur...
Peşə məktəbləri varkən paralel kurslara niyə ehtiyac var?
Bu kurslar real işlə təminata nə dərəcədə xidmət edir?
Bu prosesə kim və necə nəzarət edir?
2025-ci ildə neçə belə kurs keçirilib və nə qədər vəsait xərclənib?
Yəqin ki, bu suallara cavab verilməyəcək.
Mövzu diqqətimizdədir.

























