Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-10-2014, 20:31)
Kərəm Həsənov Biləsuvarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabr ayının 24-də Biləsuvar şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu Biləsuvar şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların müraciətlərinə baxıb, onların təklif və xahişlərini diqqətlə dinləyib. Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət ediblər.
Komitənin səlahiyyətlərinə aid səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitənin sədri tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq  tapşırıqlar verilib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilmiş, lakin araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024