Sosial (Bu gün, 15:27)
Sumqayıtda qanunsuz tikinti: “kölgə işçilər”, müqaviləsiz əməyə cəlb etmək-FOTOLAR
Sumqayıt şəhəri, Yusif Məmmədov küçəsində aparılan tikinti işləri ciddi qanun pozuntuları ilə müşayiət olunur. Redaksiyamıza daxil olan məlumatlara görə, sözügedən ərazidə həyata keçirilən tikintidə qanunsuz şəkildə işçilər çalışdırılır, lakin bu barədə nə şəhərsalma və tikinti üzrə rəsmi məlumat bazasında hər hansı qeyd mövcuddur, nə də aidiyyəti qurumların razılaşdırılmış icazələri görünür.
Ən narahatedici məqam isə tikintidə çalışan şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilməsidir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İşçilər faktiki olaraq “kölgə iqtisadiyyatı”nın qurbanına çevrilir, onların sosial sığortası yoxdur, hüquqları təmin edilmir və hər hansı bədbəxt hadisə zamanı tam müdafiəsiz vəziyyətdə qalırlar.
Mediatv.az xəbər verir ki,tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmaması isə vəziyyəti daha da ağırlaşdırır. Fərdi mühafizə vasitələri olmadan işləyən fəhlələr, təhlükəsizlik texnikası tətbiq edilməyən tikinti prosesi potensial faciələr üçün real zəmin yaradır. Bu isə artıq təkcə əmək hüquqlarının deyil, insan həyatının birbaşa risk altına atılmasıdır.
Maraqlıdır, bu tikinti hansı əsaslarla aparılır? Niyə şəhərsalma üzrə müvafiq informasiya sistemlərində bu obyektlə bağlı heç bir rəsmi məlumat yoxdur? Aidiyyəti qurumlar – icra hakimiyyəti, Dövlət Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi və Şəhərsalma orqanları bu qanunsuzluqlardan xəbərsizdir, yoxsa bilərəkdən susurlar?
Dövlət başçısının dəfələrlə vurğuladığı şəffaflıq, qanunun aliliyi və insan həyatının qorunması prinsiplərinin fonunda Sumqayıtda baş verən bu cür özbaşınalıqlar ciddi suallar doğurur. Qanunsuz tikinti, müqaviləsiz əmək və təhlükəsizliksizlik – bunlar artıq təsadüf yox, sistemli laqeydliyin göstəricisidir.
Redaksiyamız məsələni diqqətdə saxlayır və aidiyyəti qurumlardan rəsmi mövqe gözləyir. Qanun qarşısında hamı bərabərdirsə, Sumqayıtdakı bu tikinti də istisna olmamalıdır.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
27 01 2026
27 01 2026
27 01 2026
26 01 2026
26 01 2026
26 01 2026


























