Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-03-2016, 14:26)
Kərəm Həsənov vətəndaşlarla görüşdü

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib.

 

Mediatv.az-a Komitədən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 mart 2016-cı il tarixində Samuxda vətəndaşları qəbul edib. Komitə sədri qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Qəbulda 70-ə yaxın vətəndaş iştirak edib, komitə sədri onların müraciətlərini dinləyib və həlli istiqamətində zəruri tapşırıqlarını verib.

Müraciətlərin sırasında mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi barədə müraciətlər olub. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi barədə də müraciətlər səsləndirilib.

Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciətlərini bildirib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub. Digərləri torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid olub. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Torpaq məsələlərinə toxunan komitə sədri müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, torpaqların elektron uçotu ilə bağlı 07 mart tarixində dövlət başçısı tərəfindən müvafiq Fərman imzalanıb.

Fərmanın məqsədi torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. 2020-ci ilədək respublikanın bütün torpaqlarının elektron kadastr uçotu sisteminin yaradılması tapşırığı verilib. Bu istiqamətdə artıq komitə tərəfindən işlər aparılır, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır.

Eyni zamanda, qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artırılması, rahat, çevik və əlçatan xidmətlərin təqdim olunması istiqamətində son illərdə zəruri işlərin həyata keçirildiyini xatırladıb. Bunlar qeydiyyat və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqi, elektron və onlayn xidmətlər, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləridir. Bu səbəbdəndir ki, əhalinin qeydiyyata olan marağı da ilbəil yüksəlir.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar qəbuldan razı qaldıqlarını bildirib və təşəkkürlərini ifadə ediblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024