Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (Bu gün, 15:16)
Elmira Axundovanın yaxın adamı həbsdən çıxdı – Yenidən...

Xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimovun inzibati qaydada həbs müddəti başa çatıb.
Elnur İbrahimov Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamıdır. Ötən gün onu İnzibati qaydada Həbs Olunanların Saxlanma Məntəqəsindən azad ediblər.
Musavat.com bildirir ki, Elnur İbrahimov barəsində həbs qərarı yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə verilmişdi.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Elnur İbrahimov üzərində olan 513 min manatlıq mülki iddia üzrə ödənişlərdən qərəzli şəkildə yayınır.
Əvəzində mülki iddiaçı olmayan Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəyib. Məhkəmə bu faktı Elnur İbrahimovun ödəmə imkanının olması kimi qiymətləndirib.
Elnur İbrahimov cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işində fiqurantlardan biridir.
Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur.
Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Məhkəmə həmçinin mülki iddiaçı Fərman Məmmədova Elnur İbrahimovun 513 min manat zərər ödəməli olduğunu da hökmdə qeyd edib. Həmin hökmə əsasən, bu ödəniş 5 gün ərzində həyata keçirilməli idi. Reallıq isə tam fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb. Əvəzində Elnur İbrahimov mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəyib. Bu fakt onun real ödəmə qabiliyyətini, eyni zamanda Fərman Məmmədova aid hökm hissəsinin qərəzli şəkildə icrasından yayındığını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapmışdı. Mülki iddiaçı borclu Elnur İbrahimovun bu hərəkətlərinə görə cəzalandırılmasını xahiş etmişdi. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, onları elektron məhkəmə sisteminə yükləməyib.
Daha da pisi, Həbib Axundova edilən 55 min manatlıq ödəniş ümumiyyətlə nəzərə alınmayıb.
Qanuna görə, tərəflərin məhkəməyə təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməlidir. Elnur İbrahimovun işində isə sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar Nəsimi Rayon Məhkəməsində faktiki olaraq “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev məhkəməyə təqdim olunan sənədləri diqqətlə araşdırıb və Elnur İbrahimovun həbsinə qərar verib. Bu qalmaqallı işin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları adı altında böyük gəlir vəd olunub. Bu yolla Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat yığılıb. Lakin realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dələduzluq sxemi ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər.
Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənləri “pullar qaytarılacaq” vədləri ilə sakitləşdirməyə çalışıb. Sonrakı mərhələdə isə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov arvadı Nərgiz İbrahimova ilə birgə gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk ediblər və Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıblar.
İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. İş üzrə məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb və Ramiz Mehdiyev tərəfindən hakimə yönləndirilib. Bu isə faktiki olaraq məhkəməyə təzyiq mexanizmi kimi qiymətləndirilir.
Hakim Rahib Salmanov məktubdan sonra iş materiallarındakı Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun prosesdə iştirakını təsdiqləyən sübutlara hüquqi qiymət vermədən onların üzərindən sükutla keçib. Nəticədə işdə vasitəçi olan Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası təmin olunub.
Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, əvəzində mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat qaytarıb. Bu fakt onun ödəmə qabiliyyətinə malik olduğunu və məqsədli şəkildə hökmün icrasından yayındığını açıq göstərir. Mülki iddiaçı Fərman Məmmədov ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir.
Elnur İbrahimovun 10 ilə yaxındır məhkəmə hökmünü qərəzli şəkildə icra etməməsi, buna baxmayaraq, mülki iddiaçı olmayan şəxsə on minlərlə manat ödəməsi onun ödəmə qabiliyyətinin olduğunu açıq sübut edir. Bakı Apellyasiya Məhkəməsi bu faktı artıq hüquqi qiymətləndirib və inzibati həbs qərarı ilə presedent yaradıb. Bu presedent təsadüfi deyil, növbəti mərhələnin anonsudur. Qanunvericilik isə açıq və birmənalıdır. Məhkəmə hökmünün icrasından qərəzli yayınma azadlıqdan məhrumetmə ilə nəticələnir. İcra olunmayan 513 min manatlıq mülki iddia, selektiv ödənişlər, sənədlərin məqsədli şəkildə icra materiallarından “itirilməsi” artıq təkcə borclunun yox, bütövlükdə prosesin legitimliyini sual altına alır. Bu mərhələdə Elnur İbrahimovun azadlıqda qalması hüquqi yox, istisna hal olar. Çünki ortada nə mübahisəli fakt var, nə də şübhəli vəziyyət. Faktlar mövcuddur, qərarlar mövcuddur, icra edilməyən hökm mövcuddur. Bu zəncirin məntiqi sonluğu isə yenidən və bu dəfə artıq daha ağır hüquqi məsuliyyət - həbsdiшаблоны для dle 11.2

Xəbər lenti
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
27 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026