Cəmiyyət / Slayd (28-11-2016, 15:06)
Bakı Baş Səhiyyə İdarəsi 4 saylı poliklinikada araşdırma apara bilər-ÖZƏL
Artıq neçə müddətdir ki, Mediatv.az saytında Nərimanov rayon ərazisində yerləşən 4 saylı poliklinikada yer almış neqativ hallarla bağlı tənqidi məqalələr dərc edirik. Etraf etmək lazımdır ki, bu gün ölkəmizdə tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakının Nərimanov rayonunda yerləşən 4 saylı şəhər poliklinikasında yer almış neqativ hallardan ətraflı bəhs olunur. Məlumatları təqdim edən mənbə bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. İlk növbədə açıqlamalarda vurğulanır ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 4 saylı poliklinikada bu imtiyazlardan məhrum durumdadırlar. Bilgili mənbənin Mediatv.az-a verdiyi məlumata görə adı çəkilən poliklinikada hər ay həkimlərdən 20 AZN, tibb bacılarından isə 10 AZN məbləğində "fond pulu" yığılır.Yığılan pulların hansı fonda keçdiyini heç həkimlər özü də bilmir...
Daxil olan digər bir məlumatda isə 4 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyir. Baş həkimin çirkin əməllərinə göz yuma bilməyən poliklinikanın təsərrüfat müdiri Şəhla xanım elə bu səbəbdən işindən kənarlaşdırılıb. Mediatv.az-a verilən məlumata görə Şəhla xanımın da iki qohumu burada “ölü canlar” kimi fəaliyyət göstərib. Onların kartı isə baş həkimin cibində olub. Şəhla xanım kartları tələb etdikdə isə ciddi təhdidlə üzləşib.Bundan sonra o, Səhiyyə nazirliyinə müraciət edib. Şəhla xanımın şikayətindən sonra Bakı Baş Səhiyyə İdarəsinn rəisi Elmira xanım Əliyeva Nərimanov rayon ərazisindəki 4 saylı poliklinikada olub.Mənbənin bildirdiyinə görə yaxın günlərdə yəqin ki poliklinikada araşdırma aparılmasına göstəriş veriləcək.Araşdırmaya səbəb poliklinikanın həkimlərinin vətəndaşlardan pul tələb etməsinə görə bizim Bakı Baş Səhiyyə İdarəsinə etdiyimiz müraciət və poliklinikanın təsərrüfat müdiri Şəhla adlı xanımın şikayəti ilə əlaqədar olacaq. Biz bu məsələlərə aydınlıq gətirmək üçün Şəhla xanımla əlaqə saxlamaq istədik.Verilən məlumata görə baş həkim, Şəhla xanımı yüksək çinli yaxın qohumunun adından möhkəm hədələdiyindən o tanımadığı telefon zənglərinə cavab vermir. Əgər poliklinikada dəqiq araşdirmalar aparılsa, o zaman qanunu pozan müəssisə rəhbərliyinə qarşı ciddi addımların atılacağı şübhəsizdir”.Qarşı tərəfin cavab haqqını tanıyırıq.
P.S 4 saylı poliklinika barəsində şok doğuracaq məlumatlar yaxın günlərdə... Bizi izləyin
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024