Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-11-2016, 09:49)
"Daşkəsən Filizsaflaşdırma" özəlləşdirməyə çıxarılıb

"Daşkəsən Filizsaflaşdırma" özəlləşdirməyə çıxarılıb
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Mediatv.az xəbər verir ki, bu barədə rəsmi mətbuata istinadən xəbər verir. 
Məlumata görə, müəssisənin səhmlərinin qalan 0,78%-lik hissəsini əmək kollektivinin üzvləri güzəştli satiş vasitəsilə alıb. 
Müsabiqədə yerli investorlarla yanaşı, xarici investorlarda iştirak edə bilər. Müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edən iddiaçıya üstünlük veriləcək. İddiaçı qalib gələcəyi təqdirdə müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 10 milyon manatlıq behi ƏMDK-ya ödəməlidir. Qalib gələn iddiaçının ödədiyi məbləğ şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq. 
İddiaçılar təkliflərini dekabrın 19-u saat 10:00-dən 17:30-a qədər Komitənin inzibati binasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanına) təqdim etməlidirlər. Müsabiqə Komissiyası təkliflərə dekabrın 20-si saat 14:00-da baxacaq. Müsabiqə nəticələri haqqında protokol qalib müəyyən olunduqdan sonra 3 gün ərzində təsdiq olunacaq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024