Siyasət / Slayd (30-01-2015, 20:27)
Kərəm Həsənov hesabat verdi
2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kiçik özəlləşdirmə formasında 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib
Bunu ƏMDK tərəfindən 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.
Onun sözlərinə görə, ötən il ərzində 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib: “Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub. Hesabat dövründə 5 680-ə yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim ediblər. Bunlardan 2 400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib”.
K. Həsənov deyib ki, komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər: “Hesabat dövründə 5 798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3 739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024