Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-09-2015, 15:10)
SOCAR 1000 işçi axtarır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi ilə bağlı peşə hazırlığı və işə qəbul müsabiqəsi keçirir.

 

Mediatv.az xəbər verir ki, bu barədə sentyabrın 23-də SOCAR-da keçirilən mətbuat konfransında şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat verib.

O, bildirib ki, son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib və bu məqsədlə genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib. Regionlarda qaz abonentlərinin sayı iki dəfə yarımdan çox artıb. Lakin istismar üzrə işçilərin sayı əvvəlki səviyyədə qalıb. Qazlaşdırma prosesləri bu gün də uğurla davam etdirilir və qazlaşdırmanın səviyyəsi daha da yüksəlir. Yeni çəkilən kəmərlərin, quraşdırılan avadanlıqların istismarı, yararsız boru xətlərinin yenilənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması, köhnə sayğacların əvəzlənməsi və digər işlərin həyata keçirilməsi üzrə yaranan əlavə iş həcmlərinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyində (İB) 1000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb.

Bununla bağlı SOCAR tərəfindən “Azəriqaz” İB-nin regionlarda fəaliyyət göstərən xidmət sahələrində "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsi keçirilir.

X.Məmmədov əlavə edib ki, SOCAR ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində gənclərin məşğulluğunun təmin olunmasına köməkliyin göstərilməsi istiqamətində işlər görülür. Boş (vakant) iş yerləri barədə məlumatlar "Azəriqaz" tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə təqdim olunub. Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda daim yaşayan Azərbaycan Respublikası vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər. Müsabiqə vakansiyaların elan olunduğu SOCAR-ın insan resursları departamenti, təlim, tədris və sertifikatlaşdırma idarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti, rayon icra hakimiyyətlərinin yerli icra nümayəndələri cəlb olunmaqla bir neçə mərhələdə keçiriləcək.

Bildirilib ki, əvvəlcə iddiaçıların sənədləri elektron (www.socar.az veb-səhifəsinin “karyera” bölməsi vasitəsilə) qaydada və rayon məşğulluq mərkəzləri vasitəsilə qəbul ediləcək, onların orta təhsil səviyyəsindəki bilikləri test üsulu ilə yoxlanılacaq. Testdən müvəffəqiyyətlə keçən namizədlər üçün SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsinin təşkil etdiyi təlim kursu keçiriləcək. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər. Daha yüksək nəticə göstərən 1000 nəfər seçiləcək, onların 410-u mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək, qalanları isə bir il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatı bazasına daxil ediləcəklər.

SOCAR-ın vitse-prezidenti məlumat verib ki, müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə “SMS” vasitəsilə göndəriləcək. Müraciətləri təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya Nömrəsi və şifrə veriləcək ki, bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqla müsabiqənin nəticəsi barədə məlumatları ala bilsinlər. Bununla yanaşı vətəndaşlar müsabiqə ilə bağlı məlumatları SOCAR-ın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi elektron ünvanlarından əldə edə biləcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024