Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-02-2016, 11:16)
Dövlət Dəmir-Beton müəssisəsini satışa çıxardıb

1d1dc0e147393bb8a26ffc1f8f29d9b2_XL

 

Əmlak Məsələləri Dövlət Komitəsi “Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Mediatv.az Komitəyə istinadən xəbər verir ki, ASC-nin səhmlərinin 99,92%-nin (85% + əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 14,92%) satışı üzrə investisiya müsabiqəsi keçiriləcəkdir.
ASC Sabirabad rayonunun Qalaqayın kəndində yerləşir və səhmdar cəmiyyətinin əsas fəaliyyət növü beton və dəmir-beton məmulatlarının istehsalı və satışı olub.
“Sabirabad Dəmir Beton” ASC-nin nizamnamə kapitalı 821 108 manat (hər birinin nominal dəyəri 2 manat olan 410 237 səhm), investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri isə 820 474 manatdır.
1970-ci ildə istismara verilmiş ASC-nin hazırda işçilərin sayı 3 nəfərdir. Səhmdar cəmiyyətinin 40 835 manat öhdəlikləri və 44 991 manat debitor borcları var.
İddiaçılar qarşısında qoyulan şərt və tələblərə görə, müəssisənin ərazisindəki bina və tikililər təmir olunmalı, avadanlıqlar yenilənməli, yüksəkkeyfiyyətli beton və dəmir-beton məmulatlarının istehsalına nail ounmalıdır.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 28 mart 2016-cı il tarixinədək Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilərlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 28 mart 2016-cı il tarixinədək Dövlət Komitəsində aparılacaqdır.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 29 mart 2016-cı il, saat 1200-dan başlayaraq həyata keçiriləcəkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024