Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-07-2016, 16:51)
Nizami rayonunda sonuncu yaşıl talanın məhvinə başlanılıb?! – FOTOLAR

 

nizami03

Bakının Nizami rayonu ərazisində sonuncu yaşıl talanın məhvinə başlanılıb.

Mediatv.az xəbər verir ki, ətrafda yaşayan rayon sakinlərinin “AzPolitika”ya müraciətində belə həyacan təbili çalınır.

Söhbət Bakı metrosunun “Qara Qarayev” və “Xalqlar Dostluğu” stansiyaları arasındakı yolətrafı yaşıllıq ərazilərdən gedir. Son 7-8 ildə bu ərazilərdə yaşıllıqlar kütləvi şəkildə məhv edilib, yerlərində obyektlər, ticarət mərkəzləri tikilib. Əl vurulmamış yeganə yaşıl tala 8-ci kilometr bazarından “Neftçilər” metrostansiyasınadək olan yolun sağ tərəfi idi ki, belə görünür bu tala da kimlərinsə tamahının qurbanına çevrilməkdədir.

Sakinlərin bildirdiyinə görə, son vaxtlar bu yaşıllığın bazar səmtində qazıntı-tikinti işləri başlanıb. Belə ki, gecə ilə təxminən 200-300 kvadrat metr ərazi qazılıb və torpağı daşınıb.Sakinlər ehtimal edir ki, Nizami Rayon İcra Hakimiyyəti buranı satıb və yerində qanunsuz obyekt tikintisi planlaşdırılır. Hazırda sözügedən torpaqda ağır texnika işləyir.

“AzPolitika”ya üz tutan sakinlər yaşıllıq ərazinin məhvinə yönəlmiş bu qazıntının hansı məqsədlə aparıldığı və nə dərəcədə qanuni olduğunu aydırlaşdırmaq üçün jurnalist araşdırması aparmağı xahiş ediblər.

Əməkdaşımız sakinlərin narahatçılığına yol açmış bu qazıntının hansı məqsədlə aparıldığını aydınlaşdırmaq üçün Nizami rayon İcra Hakimiyyətinə telefon açıb. İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov narahatçılığa heç bir əsas olmadığını, sözügedən ərazidə obyekt tikilməyəcəyini bildirib. “Bilirsiniz ki, ərazidə sərnişin sıxlığı var. Bu səbəbdən həmin ərazidə sərnişin nəqliyyatı vasitələrinin sərbəst hərəkətini təmin etmək məqsədilə dayanacaq salınır”.

Çox hörmətli İH rəsmisinin bu açıqlamasını şübhə altına almaq niyyətimiz olmasa da, sakinlərin redaksiyamıza təqdim etdikləri fotolar bir qədər fərqli mənzərədən xəbər verir.Yazıya əlavə olunmuş fotoların birindən göründüyü kimi, qazıntı aparılan ərazi daş hasara alınır. Sual yaranır ki, avtodayanacaq niyə hasar içinə salınır.

Hər halda yaşıllıq ərazidə ümumi görünüşü də zədələyən və ətrafda yaşayan sakinlərin narahatçılığına yol açan qazıntı-tikinti işlərinin hansı məqsədə xidmət etdiyini yaxın günlərdə görmək imkanımız olacaq.

nizami03nizami05nizami06nizami07nizami04

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025