Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-07-2016, 16:42)
Kredit borcuna görə vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilərmi?

Kredit borcuna görə vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilərmi?

 

 

Hazırda banklara borcu olan və ödəməkdə çətinlik çəkən minlərlə vətəndaş var . Xüsusən də son devalvasiyadan sonra problemli kreditlərin həcminin artması da bu cür insanların az olmadığını göstərir. Həmin insanları düşündürən suallardan biri də kredit borcuna görə  ölkədən çıxışlarına qadağa qoyulub –qoyulmayacağı ilə bağlıdır. 
Mediatv.az xəbər verir ki, “Yeni Müsavat” bu mövzuya aydınlıq gətirməyə çalışıb. Hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov sualımız cavablandırarkən bildirdi ki, vətəndaşın kredit borcuna görə ölkədən çıxışına yalnız məhkəmə qərarı ilə qadağa qoyula bilər: “Bu da yalnız o halda mümkün ola bilər ki, vətəndaş borcunu  üzrsüz səbəbdən ödəmir. Üzrsüz səbəb də odur ki, vətəndaşın gəliri var və  sübut olunub,  lakin ödəməkdən imtina edir. Qadağa üçün mütləq  məhkəmə qərarı olmalıdır”. 
Ekspert təəssüf hissi ilə onu da vurğuladı ki, çox zaman Azərbaycan təcrübəsində bu iki şərtin ikisi də pozulur: “Bəzən görürsən ki, ölkədən çıxışa qadağa haqqında məhkəmə qərarı var, amma vətəndaşın borcunu üzrsüz səbəbdən ödəməməsi faktı yoxdur, sübuta yetirilməyib. Sadəcə vətəndaşın borcu ödəməməsi  məhkəmə üçün əsas olur ki, onun ölkədən çıxışına qadağa qoyulsun. Halbuki qanunda birmənalı şəkildə qeyd olunub ki, üzrsüz səbəbdən ödəmirsə... Lakin məhkəmələr çox zaman bu maddəni rəhbər tutmurlar. Bəzən isə heç ümumiyyətlə məhkəmə qərarı olmadan, məhkəmədən kənar qaydada, Daxili İşlər Nazirliyi vətəndaşın ölkədən gedişinə qadağa qoyur. Bu ümumiyyətlə, qanunsuzdur. Çünki, məhkəmədən başqa heç bir dövlət orqanının borca görə vətəndaşın  ölkədən çıxışına qadağa qoymağa ixtiyarı yoxdur”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 05 2025
28 05 2025
28 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025